Yanan binadakı 49 ailəyə kompensasiya verilib

yanğın440 ailə qohumlarının evlərində və kirayə evlərdə yerləşib

Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə yanğın baş vermiş Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında qeydiyyatda olan 49 ailəyə artıq kompensasiya verilib.

Binəqədi Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsindən APA-ya verilən məlumata görə, 40 ailə onlara verilən məbləğ hesabına qohumlarının evlərində, yaxud kirayə evlərdə yerləşib.
Kompensasiya verilən 9 ailə pansionatda yerləşmək istəyib. Bu ailələrdən 7-si dünən Goradildə (Sərhədçilər pansionatı) və Buzovnada yerləşən pansionatlarda yerləşdirilib. 2 ailə isə bu gün pansionata köçürüləcək.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button