Yanğın yerindən yeni şok video

yanğın3Ötən gün Bakının Binəqədi rayonunda baş vermiş dəhşətli yanğın hadisəsi barədə növbəti şok video yayılıb. 

xural.com-un məlumatına görə, sosial şəbəkədə yayılan videoda yanğın səbəbindən çıxılmaz vəziyyətdə qalaraq özünü atan şəxs əks olunur.

ANS PRESS-ə daxil olan məlumatda, həmin şəxsin 27 yaşlı Yaşar Nəcəfzadə olduğu bildirilmişdi.

Dostları Yaşar Nəcəfzadənin həmin binanın 16-cı mərtəbəsindəki mənzildə kirayə qaldığını bildirib.

Qeyd edək ki, ötən gün səhər saatlarında Binəqədi rayonunun Azadlıq prospektində yerləşən binada dəhşətli yanğın hadisəsi baş vermişdi. Fasadın alışması nəticəsində yanğın qısa zamanda 16 mərtəbəli binanı əhatə etmişdi.

Dəhşətli yanğın nəticəsində 15 nəfər ölüb, 50-dən çox yaralı var.

Videoya bax:

https://www.facebook.com/Sancaq.biz/videos/863139773756426/

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button