YAP-çılar Orduya nə qədər pul yardımı edib? – AÇIQLAMA

pul

“Yeni Azərbaycan Partiyasının(YAP) icra katibliyində və rayon, şəhər təşkilatlarında çalışan əməkdaşlarımız aprel ayı üçün maaşlarının 20 faizini Silahlı Qüvvələrə Yardım Fonduna  keçirib”.

Bu barədə YAP-ın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev bildirib.

 Partiya rəsmisi deyib ki, artıq 660 nəfər əməkdaş fonda tam ödəmə edib:

“Təşəbbüs ilkin olaraq 20 faiz məbləğində olub və o da artıq ödənilib. Ümumilikdə, 660 nəfər əməkdaşımız öz maaşlardan fonda ödəmə ediblər.

Bizdə ödəmə tam yekunlaşıb. Amma məbləği biz yox, ödədiyimiz ünvan açıqlaya bilər. Bunu açıqlamağa bizim ixtiyarımız yoxdur”.

Qeyd edək ki, Silahlı Qüvvələrin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və digər zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədi daşıyan Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fondu 17 avqust 2002-ci il tarixində yaradılıb.

Modern.az

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button