Yapon mafiyası yakuza yenidən fəallaşıb

yakuza mafioz

Yaponiyada son həftə ərzində yakuza mafioz qruplaşması tərəfindən törədilən hadisələr polisi yüksək hazırlıq vəziyyəti almağa məcbur edib.

Martın 4-də NHK televiziya kanalının verdiyi məlumata əsasən hüquq-mühafizə orqanları bir neçə mərkəzi prefekturanın küçələrində patrul dəstələrinin sayını artırıb.

Əlavə təhlükəsizlik tədbirlərinin görülməsinə səbəb fevralın 25-dən martın 3-dək iki düşmən yakuza qruplaşması – “Yamaquçi-qumi” ilə ondan ayrılmış “Kobe Yamaquçi-qumi” arasında baş verən doqquz hadisə göstərilir. Həmin insidentlər zamanı bir qruplaşmanın üzvləri digərinin üzvlərinə məxsus evlərin qapılarını avtomobillə dağıdıb və ya onlara atəş açıblar.

Belə hadisələr bəzi rayonlarda polisin uşaqları yol boyu məktəbə müşayiət etməsinə səbəb olub.

Yaponiya Baş Polis İdarəsinin əvvəllər verdiyi məlumata əsasən ötən il “Yamaquçi-qumi” mafioz qruplaşmasının üzvlərinin sayı 10 minədək azalaraq, 14,1 minə düşüb.

Bu, ilk növbədə ötən il qruplaşmanın tərkibində baş verən parçalanma ilə əlaqədardır. Həmin parçalanma nəticəsində yeni qruplaşma olan “Kobe Yamaquçi-qumi” yaranıb. Polisin məlumatına əsasən yeni qruplaşmanın təqribən 6 min üzvü var və o, sayına görə ölkədə ən böyük üçüncü mafioz qruplaşmadır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button