Yaponiyada 2 ardıcıl güclü zəlzələ: 19 bina uçdu, 9 nəfər öldü, 800-ə yaxın yaralı var

zelzele-cedvel

Yaponiyanın Kyuşi bölgəsində iki ardıcıl zəlzələ baş verib.

İlk təkanların 6.2, digərinin isə 6.5 bal gücündə olduğu bildirilib. Təbii fəlakət nəticəsində 19 bina uçub. Zəlzələ nəticəsində ölənlərin sayı 9-a, yaralıların isə 760-a çatıb.

Bu barədə Tokioda mətbuat konfransında hökumətin baş katibi Yosixido Suqa məlumat verib.

Zəlzələnin episentri Küsü adasında, yerin 20 km dərinliyində qeyd alınıb(Axar.az).

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button