Yaponiyada yaranan yeni partiya Minshinto adlanacaq

Minshinto

Yaponiyanın Demokratik və İnnovasiyalar partiyaları martın sonlarına gözlənilən birləşmədən sonra yaranacaq yeni partiyanı Minshinto adlandırmaq barədə razılığa gəliblər.

Ən böyük və sayına görə üçüncü olan müxalifət partiyaları ötən istirahət günlərində ayrı-ayrılıqda tərəfdarlarına yeni yaradılacaq siyasi təşkilatı adlandırmaq üçün iki addan birini seçməyi təklif ediblər.

Martın 14-də birləşmə ilə məşğul olan partiyaların birgə qrupunun üzvləri bildiriblər ki, hər iki sorğu zamanı yeni təşkilatın Minshinto adlandırılması təklifi daha çox səs toplayıb.

Sorğudan sonra görüşən partiyaların liderləri bu adı qəbul etmək qərarına gəliblər. Hələlik partiyanın yeni adının tərcüməsi rəsmi olaraq ictimaiyyət üçün açıq elan edilməyib.

Hazırda bu iki partiya martın 27-də yekunlaşacaq birləşmə ilə bağlı hazırlıq işlərini qurtarmaq üzrədir.

Azertag.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button