Siyasi məhbusların məhkəməsində dava düşdü

09.12.2011

Mülki geyimlilər Səxavət Soltanlıya hücum etdi

Bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyasının(AXCP) sədri Əli Kərimli və Müsavat Partiyası başqanı İsa Qəmbərin də iştirak etdiyi Bakı Apellyasiya məhkəməsində insident yaşanıb. Məhkəmədə iştirak edən Bia.az-ın əməkdaşı İlham Rəsulzadənin verdiyi məlumata görə, 2 aprel məhbuslarından Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, partiyanın Gənclər Təşkilatının sədri Tural Abbaslı, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və təşkilatın şöbə müdiri Məhəmməd Məcidlinin şikayəti ilə bağlı məhkəmə baxışında iştirak etmək üçün gələnlərlə məhkəmə salonunda olan mülki geyimli bir nəfər arasında dava düşüb. Müsavat Partiyası Gənclər Komitəsinin sədr müavini Səxavət Soltanlı Tural Abbaslının şəklini çəkmək istəyərkən mülki geyimli şəxs ona mane olub. Onun maneçilik etməsinə Tural Abbaslı etiraz edib. Bu zaman da salonda insident yaşanıb.
Səxavət Soltanlı ilə həmin mülki geyimli şəxs arasındakı qarşıdurma məhkəmənı yubadıb. Məhkəməyə gələn müxalifət təmsilçiləri isə “Azadlıq” şüarı səsləndiriblər. Məhkəmə iclasının keçirilməsi təxirə salınıb. Buna səbəb isə mülki geyimlilərin məlum insidentdən sonra Arif Hacılı və Tural Abbaslıya zor tətbiq etməsidir.

Təxirə salınmış məhkəmə ayın 16-da keçiriləcək.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button