Yaxın günlərdə “əfv” sərəncamı imzalana bilər

efvƏfv ümidləri indi də “Qurtuluş günü”nə qaldı

Çingiz Qənizadə: “Prezidentin belə bir sərəncam verəcəyini gözləyirəm”

 Novella Cəfəroğlu: “Yaxınlarda mütləq olacaq”
Məlum olduğu kimi, may ayında gözlənilən əfv reallaşmadı. Artıq ümidlər Avropa Oyunları və 15 iyun Qurtuluş gününə qalıb. Hüquq müdafiəçiləri bu ərəfədə əfv sərəncamının imzalanacağı qənaətindədirlər. Qarşıdan bütün Avropanın diqqətində olacaq Avropa Oyunlarının gəldiyini nəzərə alsaq, müəyyən qədər ümidlər var.
İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun üzvü, hüquq müdafiəçisi Səadət Bənəniyarlı interpress.az-a açıqlamasında Avropa Oyunlarının davam edəcəyi 15 iyunda əfv sərəncamının mümkünlüyünü istisna etməyib: “Biz əfv gözləyirik. Əslində biz hər gün bunu gözləyirik. Fəaliyyətimiz də ancaq buna istiqamətlənib. Hər bir məhbusun azad edilməsi ailəsi üçün böyük sevincdir”.
Hüquq müdafiəçisi Çingiz Qənizadə əfv ola biləcəyi ehtimallarından danışdı: “Bu cənab prezidentin müstəsna hüququdur. Əfvi verə də bilər, verməyə də. Biz sadəcə arzulayırıq. Söz-söhbətlər gedir ki, qarşıdan gələn Avropa Oyunları və 15 iyun Qurtuluş günü ilə bağlı əfv verilə bilər. Hüquq müdafiəçisi kimi bunu çox istəyərəm.
Həmişə olduğu kimi, yenə də cənab prezidentin humanizm nöqteyi-nəzərdən belə bir sərəncam verəcəyini gözləyirəm. Nə vaxt verilməsindən asılı olmayaraq, hüquq müdafiəçiləri olaraq, daim belə addımları müsbət qiymətləndiririk. Müzakirələrimiz davam edir. İşçi Qrupunda işləri daha çox komissiya üzvləri həyata keçirir. Hətta komissiya üzvləri belə deyə bilməz ki, əfv olacaq. Bu hüquq prezidentindir. İstədiyi vaxt həyata keçirə bilər.
Müəyyən məhbuslar var ki, İşçi Qrupunda müzakirə olunur. Cənab prezident müraciətlərə həssas yanaşır. Hazırda bir sıra müraciətlər var. İnanıram ki, bəhrəsi olacaq. Millət vəkili olduğumdan çoxlu sayda müraciətlər var. Əsaslı olanlarını, yəni xəstə, cəzasının yarısını çəkmiş məhbuslardan ibarət 10 nəfərlik siyahını Əfv Komissiyasına göndərirəm. Hər şey ola bilər. Ümidləri kəsmək olmaz. Arzulayırıq ki, əfv olsun”.
İşçi Qrupunun üzvü Novella Cəfəroğlu əfvə ümidlərinin daim olduğunu söylədi: “Heç zaman ümidsiz olmamışıq. Amma nə vaxt olacağını bilmirik. Sözsüz ki, yaxınlarda mütləq olacaq. İşlərimizi çoxdan yekunlaşdırmışıq. Siyahılarımızı vermişik, aidiyyəti şəxslərlə görüşmüşük. İşçi Qrupu işlərini başa çatdırıb. Yenə də müntəzəm danışıqlarımız olacaq”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button