Yaxın illərdə qız qəhətə çıxacaq-STATİSTİKA

evlənməİndiyə qədər hər zaman Azərbaycanda sayca qadınların kişilərdən çox olduğu bildirilirdi. Çox zaman ailə qura bilməyən qadınların taleyi məhz bu məsələyə bağlanırdı. Ancaq son 20 ilin göstəriciləri nəticəni tam əksinə dəyişib.
xural.com modern.az-a istinadən xəbər verir ki, bunun fəsadları indi o qədər də hiss olunmur. Ancaq yaxın 5-10 il ərzində ciddi problemlərin ortaya çıxacağı şəksizdir. Statistik rəqəmlər göstərir ki, cəmi bir neçə ildən sonra evlənmək üçün qız axtaran cavanlara heç anaları da kömək ola bilməyəcək. Ötən əsrin 80-ci illərində eyni hal Orta Asiyada, xüsusilə də Türkmənistanda yaşanmışdı. Hətta o dövrdə türkmənistanlı oğlanlar evlənmək üçün keçmiş SSR-yə üzv respublikaları dolaşmalı olur, bunun üçün kifayət qədər pul xərcələyirdilər. Ərəb ölkələrində də eyni problemlər yaşanıb.
Mütəxəsisslər yeni doğulanlar arasında oğlanların qızlarla nisbətdə çoxluq təşkil etməsinə müasir tibbi vasitələrin daha çox təsir göstərdiyi qənaətindədirlər. Hamıya məlumdur ki, körpənin cinsiyyəti hamiləliyin 12-ci həftəsindən sonra USM müayinəsinin nəticəsində bilinir. Halbuki bu, dünyanın əksər ölkəsində qadağan edilib.
“Əhalinin Sağlamlığının Qorunması Haqqında” Qanununa görə hamiləliyin süni şəkildə pozulması hamiləliyin 12-ci həftəsinə qədər olmalıdır. Yəni 12-ci həftədən sonra edilən abortlar qanunsuz sayılır. Ən maraqlı məqamlardan biri də odur ki, indi ailələrdə daha çox oğlan uşaqlarının doğulmasına üstünlük verilıir. Ailələrin əksəriyyəti düşünmədən, heç bir məntiqə söykənmədən qız uşaqlarından imtina edirlər.
İndi isə sizə məsələ ilə bağlı son 10 ilin statistik göstəricilərini təqdim edirik. Dövlət Statistika Komitəsinin məlumatına görə, son 10 ilin göstəricisi aşağıdakı kimidir.
İl              Cəmi     Qızlar   Oğlanlar
2005-ci il  141901   65721   76180
2006-cı il  148946   68709   80237
2007-ci il  151963   69958   82005
2008-ci il  152086   70278   81808
2009-cı il  152139   69923   82216
2010-cu il 165643   76509   89134
2011-ci il   176072   81376   94696
2012-cı il   174469   80882   93587
2013-cü il  172671   80097   92574
2014-cü il  170503   79093   91410

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button