Yeni layihə: “Strateq baxışı” – Yeni Dünya Düzənində Azərbaycan Məsələsi-VİDEO

Pənah Hüseyn: “Fırtınalı bir okeandayıq və təəssüf ki, sükan da bizim əlimizdə deyil”

Yasəmən Qaraqoyunlu: “Müxalifət və iqtidar projelərindən asılı olmayaraq, Azərbaycanın maraqlarına nə uyğundursa mən onu dəstəkləyirəm – Azərbaycan bir Qafqaz yox, Orta Şərq dövlətidir”

Sülhəddin Əkbər: “Yeni dünya nizamının yaranması üçün 3-cü dünya müharibəsinə ehtiyac var …və biz bu oyunda oyunçu olmalıyıq”

Strateq.az saytı olaraq yeni layihəyə start veririk. Bu aydan etibarən ayda bir dəfə olmaqla “Strateq baxışı” adı ilə geostrateji, geopolitoloji məsələləri masaya yatıracaq və müzakirəyə çıxaracağıq. İndiki Azərbaycan mətbuatında bizcə buna ciddən və həqiqətən ehtiyac var. Azərbaycanı əhatə edən bölgənin, bölgəni əhatə edən qitənin və dünyanın problemləri, gərginləşən siyasi-iqtisadi münasibətlər ölkələr üçün – xüsusilə Azərbaycan üçün ən azı daxili siyasət qədər önəmlidir. Əsasən, daxili siyasət və onun problemləri ilə məşğul ikən, xarici siyasəti, dərin dünya məsələlərini sanki unutmuşuq. “Strateq baxışı”nda bunları masaya yatıracağıq.

Təkqütblüdürmü dünya? Yoxsa mümkün olmadı bu? Bəs çoxqütblüdürmü, eləmi olacaq dünya? Ziddiyyətlərlə dolu olan dünyamızda Azərbaycanın yeri və mövqeyi necə olacaq? Necə olmalıdır? Bunun üçün nələr edilməlidir? Azərbaycan-Rusiya, Azərbaycan-Türkiyə, Azərbaycan-İran, Azərbaycan-Gürcüstan, Azərbaycan-Ermənistan, Azərbaycan-Avropa, Azərbaycan-Amerika münasibətləri necə idi, necədir və necə olmalıdır? Azərbaycanın Türk və İslam Dünyasında yeri haradadır və harada olmalıdır? Gündən-günə ziddiyyətləri dərinləşən dünyada yolumuzu necə müəyyənləşdirəcəyik? Hara gedirik və hara getməliyik? Avrointeqrasiyamı, yoxsa özünəməxsus lokal inkişafmı? Nə etməliyik?

Bu və ya digər məsələlərə “Strateq baxışı”nda aydınlıq gətirməyə çalışacağıq. Təbii ki, qlobal miqyasda problemlər bu qədər az da deyil. Çoxdur. Və biz çalışıb mütəmadi bu problemlərin izahını verəcək, müzakirə edəcəyik.

Proqramın daimi qonaqları keçmiş Milli Təhlükəsizlik nazirinin 1-ci müavini, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər, AXC-Müsavat hökumətinin Dövlət Katibi və Baş naziri, Azərbayan Xalq Partiyasının sədri Pənah Hüseyn və “Qlobal İnteqrasiya və Dialoq Mərkəzi”nin prezidenti Yasəmən Qaraqoyunludur. Amma biz mövzuya uyğun olaraq istənilən sahənin ən təcrübəli mütəxəssisini də verilişimizə dəvət etməyi planlaşdırırıq. Elə də olacaq. Burada həm də Oxucularımızın üzərinə iş düşür. Onlar da bizə yardımçı olmalıdır və ümid edirik ki, olacaqlar. Onlar həm də bizim istiqamətimizi müəyyənləşdirəcəklər.

Beləliklə, Yeni Dünya Düzənində Azərbaycanın yeri mövzusunda ilk masamızı sizə təqdim edirik, əziz Oxucular. Qiyməti və dəyəri Siz verəcəksiniz…

Strateq.az

“Strateq baxışı”ndan fotolarda qalanlar:

 

 

Xural.com 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button