“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğluna ağır itki üz verib

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğluna ağır itki üz verib.

Xural.com Musavat.com-a istinadən xəbər verir ki, bu gün səhər baş redaktorun atası Arif Abbasov qəfildən vəfat edib.

Məlumata görə, onun səhhətində heç bir problem yox imiş. Gözlənilmədən halı pisləşib və dünyasını dəyişib.

“Yeni Müsavat”ın baş direktoru Ələsgər Süleymanov hadisə ilə bağlı bunları deyib: “Sağlıq durumunda elə bir ciddi problem yox idi. Gəzib-dolanırdı. Gözlənilməz hadisə baş verdi. Deyəsən, beyninə qan sızıb”.

Ə.Süleymanov bildirib ki, mərhum bu gün yaşadığı kənddə dəfn olunacaq.

Allah rəhmət eləsin!

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button