“Yeni nazirin öz işi ilə deyil, dağıdıcı fəaliyyətlə məşğul olması…” – Sabiq deputatdan Şahin Mustafayevə ağır ittihamlar

nazim-memmedov

Azərbaycanlı sahibkarların öz vətənlərinə deyil, daha çox Gürcüstana, Türkiyəyə və digər ölkələrə investisiya qoymasına sabiq deputat, iş adamı Nazim Məmmədov tərəfindən maraqlı cavab verilib.

Xural.com strateq.az-a istinadən xəbər verir ki, bu barədə o, “Feysbuk”dakı səhifəsində yazıb ki, Azərbaycanda sahibkarlıq 2005-ci ildən 2009-cu ilin aprel ayının 30-na qədər gizli şəkildə inhisarlaşdı:

“Ancaq 30 aprel təkcə ADNA-dakı məlum terrorla yadda qalmadı, o gün həm də Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK)n timsalında sahibkarlığa qarşı birinci terror hadisəsi baş verdi. Bəli, konfederasiya rəhbərliyinin zorla dəyişdirilməsi baş verdi, yenicə təyin olunmuş nazir Şahin Mustafayevin adamları Ələkbər Məmmədovun yerinə Məmməd Musayevi gətirmək üçün “fəaliyyətə” keçdilər. Onlarla sahibkar həbs olundu, ölkədən getdi. Bütün bunlar onlarla deputatın, Vergilər Nazirliyinin, PA-nın rəsmilərinin iştirakı ilə baş verdi. Bunun məntiqi davamı yeni nazirin öz işi ilə deyil, dağıdıcı fəaliyyətlə məşğul olması və ya xeyir-dua verməsi nəticəsində sürətləndi”.

Sabiq deputat deyir ki, 2012-ci ildə artıq inhisarlaşmış sahibkar-məmurların “patronajlığı” ilə tariximizdə “Baku Steel”in rəhbəri Rasim Məmmədovun “qoçu dəstələri” kimi jurnalistikaya keçən adamların metal sahəsində cəngəllik qanunlarının tətbiq etməsi ilə tamamlanıb:

“Bütün bu hadisələrin birbaşa qabağını almalı olan İqtisadi İnkişaf Nazirliyi çevrilib İqtisadiyyat Nazirliyi olsa da, belə adamlar iqtisadiyyatın böyüməsini təmin edə bilməzlər. ASK adında olan bir içtimai qurum normal formalaşmasa, sahibkarlar özləri problemlərini müxtəlif birliklər vasitəsi ilə hökumətə, dövlət başçısına çatdıra bilməsələr iqtisadiyyat düzəlməyəcək…”.

Əlaqəli məqalələr

1 şərh

  1. Bu zavodda 2014-ci ilde 15 SENTYABR partlayishinda hetta ÖLƏNLƏR də olub!

    …. Monopolculuq,reqabetsizlik _ ish prosesinin (ishleme sheraitinin, malin,xidmetin) keyfiyyetini gec-tez ‘sovetskiy plintus’ seviyyesine endirir, (uzaqdan onun ‘reklami’ xamlarcun ve yaltaqlarcun _ temteraqli ve ‘hormet-etdirici’ gorsense da).

    Azerbaycanda zor gucuyle ‘demir’ monopolisti olan Baku Steel CompanYnin ‘boss’unu ,R***m (H****t oglu) Mamedovu, men ushaqliqdan taniyiram. ‘Xuliqan gede’ ve ashkarane ‘hirhir yaramaz’ XASIYYETLI bir insandir! …
    Onun kimilercun, hansisa ‘axmaq fehle’ler — sadece ‘ishchi qarishqa’ ve ‘qapazalti cmo’ kimi bir sheydir. Hemin ‘cmolar’dan bir-necesi olse da, QETIYYEN vecine deyil.
    Gunduz (vidcun-reklamcun) ölənin yasina gedib, axsham barda-zadda ,oz mati#keleriyle birge, hemin olenin ‘kecmis sagligina’ yeyib-icecek, shellenib-hirildayacaq, hetta var-yoxunu soyub lag da edecek, guya ‘hecneden qorxmayan krutoy mafiozi’ kimi.

    Arvad terefden qohum-tanishlarinin shotina evvel ‘adi berkgeden’ oldu.
    Sora (esasen ,dostu olan, Ramiz M.-in OGLUnun vasitesile) ishverenski arxasinin hesabina, ‘inhisarchi oliqarx tulasi’-na (‘mini oliqarx’a) cevrildi.

    Deyirler, herden ‘polad oglan’ (qorxudanmi,nedenmi?)tualete da silahli oxranayla gedir.

    ‘Sistem dağinin bulaqlari’ndan gelen havayi (‘talanan dovletden ogru payi’ ve ‘budceye attiq’) pullardir! Guya ‘kisi kimi’ qazaniblar.
    Pul qazanmaqlarinda ne exlaq yoxdu, ne merdlik-leyaqet!

    Hər 1 abbasi haramiycun da alcalmaga hazir ‘menliksiz xamguden podlets-pe#ux’ xasiyyetli insanlardandi. Ozunden zeifini ezib, daha guclu olanin qabaginda yaltaqlanir,alcalir,tehqirlere ‘gule-gule’ ezab-zad cekmeden dozur.

    Ingilteredeki villasinda guya qızıl unetazı da olan pijonlarda ve “Lamborghini”sini Bakinin merkezinde da adeten NOMRESIZ suren haramzadalarda ve onlarin (sifetden atasina hec oxshamayan) qudurmush gulbalalarinda _ meneviyyat deyilen semimi hissler olmur! (‘exlaqi’nin xamguden gop-reklami ,’lazim’ olan yerde _ sade insanlarinkindan xeyli daha gujdi olsa da!).

    Amma ‘pustoy banderol’lar herden (xeste risovkaliqdan)cirilir. …

    Neujeli, ‘yuxarilarda’, dovlet idareciliyinde, ‘hokumetlik’ ve ‘oliqarxliq’ edenlerin HAMISI bu tipli insanlardir??
    Dovleti dogrudanmi ‘qismen-birleshmish’ (xirda meclislerde ‘guleyen podlets’ sifetini hec gizletmeyen) yaramazlar desteleri idare edir???

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button