Yeni siyasi təşkilat quruldu
xural.com-a təsisçilər tərəfindən verilən məlumata görə, bu gün “Azad Azərbaycan Naminə” adlı yeni bir təşkilat yaradılıb. Təşkilatın Təşəbbüs Qrupu bu gün sabiq AXCP üzvü Agaşirin Tarverdioğlunun başçılığı ilə elan olunub. Təşkilatın təsisçiləri Ağaşirin Tarverdioğlu, Dəyanət Babayev və Nizami Osmanovun iştirakı ilə Təşəbbüs Qrupu yaradılıb. Təşkilatın məqsədi adından da göründüyü kimi Azərbaycanı azad, ədalətli, demokratik dövlətə çevirməkdir. Təsisçilərdən aldığımız məlumata görə, yaxın günlərdə önəmli gəlişmələr olacaq və təşkilat Azərbaycan siyasi məkanında öz sözünü deyəcək.
xural.com
Xeyirli olsun.