Yol polisi qanunları poza bilərmi?

dyp

DYP əməkdaşlarının bilmədiyimiz hüquq və üstünlükləri hansılardır…

Dünya mediasında tez-tez belə xəbərlərə rast gəlirik:  “Sürücü yol polisinə irad tutdu”, “Qanunu pozan polisi saxladı…”. Təəccüblənirik, amma bu, ilk deyil. Elə qonşu Türkiyədə bununla bağlı çəkilmiş çoxlu sayda videoroliklər var. 
Polis maşınları qovur, təhlükəli manevrlər edir… sürücülərdən biri onu saxladıb, bu hərəkətinin yanlış olduğunu, yol hərəkətinə, digər sürücülərin həyatına təhlükə törətdiyini deyir. 
Bizim yollarımızda da polislərin tez-tez bu cür davranışlarına rast gəlmək mümkündür. Bəzən səsgücləndirici ilə “yolu boşaldın” əmri,  ardınca maşınların sağa sıxışdırılması hesabına özünə yol açmalar və avtomatik qəza vəziyyətinin yaradılması. Bu, qanunla yol polisinə verilən hüquqdurmu? Onun belə bir haqqı varmı?
DYP-dən aldığımız məlumata görə, DYP əməkdaşları xidməti zamanı zərurət yarandığı halda qanunun tələblərindən kənara çıxa bilərlər. Onlar hər hansı bir ərazidə qaydanı pozan şəxsi inzibati məsuliyyətə cəlb etmək məcburiyyətində qaldıqda o, qanunun tələblərindən kənara çıxıb xidməti avtomobili digər hərəkət iştirakçılarının gediş-gəlişinə maneə yaratmamaq şərti ilə qadağan olunmuş yerdə saxlaya bilər.
 
Qanunda birmənalı şəkildə nəzərdə tutulub ki, xüsusi səs, qırmızı və ya göy sayrışan işıq siqnalı verən keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməlidir.
İnzibati Xətalar Məcəlləsinə görə, xüsusi üstünlüyə malik avtomobillərə yol verməyənlər iyirmi manatdan qırx manatadək cərimə olunur. 
Bundan başqa, yol polisi əməkdaşlarının avtomobil idarə edərkən telefonla danışması qanunidir. Belə ki, patrul avtomobillərində radiostansiyalar quraşdırılıb. Radiostansiya vasitəsilə polis əməkdaşları məlumatlar alır və ötürür. Bəzən isə hər hansı məsələ ilə bağlı telefonla da danışırlar. Radiostansiya ilə danışmağa icazə verildiyi üçün telefonla danışmaq da yasaq deyil.
Bir sözlə, xüsusi üstünlük hüququna malik nəqliyyat vasitələri yol hərəkət qaydalarını poza bilərlər. Qanun bir sıra nəqliyyat vasitələrinə xüsusi üstünlük statusu verib. Bunlardan biri də DYP-nin xidmətdəki əməkdaşlarıdır.
Mövzu ilə bağlı gəzişmə zamanı bununla bağlı qarşımıza maraqlı faktlar da çıxdı. Məlum oldu ki, DYP əməkdaşlarının hüquqları sırasına aşağıdakılar daxildir:
yol hərəkətinə nəzarət etmək və yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulması hallarının qarşısını almaq;
yol hərəkətini tənzimləmək;
yol-nəqliyyat hadisələrinin baş verdiyi yerlərdə təxirəsalınmaz tədbirləri həyata keçirmək;
ictimai təhlükəsizliyin təmin edilməsində və cinayətkarlığa qarşı mübarizə tədbirlərində iştirak etmək;
xüsusi təyinatlı nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək, bu cür nəqliyyat vasitələrini, habelə avtomobil karvanlarını müəyyən edilmiş qaydada müşayiət etmək;
yol hərəkəti təhlükəsizliyi qaydalarını pozan şəxsləri qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb etmək;
yol şəraiti hərəkət üçün ciddi təhlükə yaratdıqda, fövqəladə və digər hallarda yol hərəkətini müvafiq qaydada müvəqqəti məhdudlaşdırmaq və ya qadağan etmək;
qanunvericiliklə nəzərdə tutulan hallarda nəqliyyat vasitələrinin istismarını qadağan etmək;
küçə və yollarda sahibsiz qalan və hərəkətə maneçilik törədən nəqliyyat vasitələrini duracağa göndərmək;
Bundan başqa, əgər yol polisi əməkdaşı qanun poztunsuna yol verən hansısa maşını təqib edirsə, bu halda yol polisi müfəttişi xüsusi səs və sayrışan işıq siqnallarını işlək vəziyyətdə saxlamalıdır. Onun vəzifələri sırasında hərəkətin digər iştirakçılarına qarşı xüsusi diqqətli olması, manevr etməzdən əvvəl onun təhlükəsizliliyinə tam əmin olması, yol ayrıclarında və dəmiryol keçidlərində ötmə qaydalarını pozmamalı olması daxildir. Eləcə də yol polisi təqib olunana ehtiyatla yanaşmalıdır.
Təqib təhlükəli olduqda və ya onun bir nəticə verməməsi aydın olduqda təqibi dayandırmalıdır (növbətçi müfəttişin razılığı əsasında, onunla rabitə olmadıqda – bu qərarı müfəttiş özü qəbul edir).
musavat.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button