Yollar 3 gün bağlı qalacaq…

DİN Hərbi Paradla bağlı açıqlama yaydı

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 93 illik yubileyi münasibəti ilə Bakıda keçiriləcək hərbi nümayişlə bağlı iyunun 23-ü səhər saat 06.00 radələrindən Bakı şəhərinin bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin (BŞDYPİ) bölmə rəisi Vaqif Əsədovun “Qafqazinfo”ya verdiyi məlumata görə, Silahlı Qüvvələrinin yaranmasının 93 illik yubileyi münasibəti ilə iyunun 26-da Bakı şəhəri “Azadlıq” meydanında ağır zirehli texnikaların iştirakı ilə irimiqyaslı hərbi nümayiş keçiriləcək. Onun sözlərinə görə, bununla əlaqədar iyunun 23-ü saat 06.00-dan keçiriləcək tədbirin sonadək “Azadlıq” meydanı və ona bitişik ərazilərdə, o cümlədən Nobel prospekti, Afiyəddin Cəlilov, Üzeyir Hacıbəyov küçələri və Zərifə Əliyeva prospektində bütün nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq. Əsədov onu da bildirib ki, Xaqani küçəsi, Keykab xanım Səfərəliyeva küçəsindən Rəsul Rza küçəsinədək, Rəsul Rza küçəsi, Xaqani küçəsindən Neftçilər prospektinədək, Neftçilər prospekti “Azneft” dairəsindən keçərək Qurban Abbasov küçəsinədək, Qurban Abbasov küçəsi Bakı-Astara yolunun 14 km-dək bağlanaraq “Azadlıq” meydanı və “Sahil” parkı istiqamətlərinə bütün növ nəqliyyat vasitələrinin hərəkəti dayandırılacaq: “Bütün əhali və sürücülərdən xahiş olunur ki, dövlət əhəmiyyətli tədbirin yüksək səviyyədə keçirilməsinə kömək olaraq, qeyd olunan istiqamətlərdə avtomobillərdən istifadənin mümkünsüzlüyünü təbii qəbul edib, metro və ictimai nəqliyyat vasitələrindən istifadə etsinlər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button