Yük və avtomobil maşınlarına qadağa

yuk masinlariRayonlarda qeydiyyatdan keçmiş yük və avtomobil maşınları Avrooyunlar zamanı Bakıya buraxılmayacaq

Baş Dövlət Polis İdarəsi “Bakı-2015” Avrooyunları keçirilən zaman paytaxtdakı sıxlığı aradan qaldırmaq məqsədilə rayon sürücülərinə müraciət edib.
İdarədən verilən məlumata əsasən, iyunun 1-dən 30-dək  Rayonlarda qeydiyyatdan keçmiş yük və avtomobil maşınlarının paytaxta girişi tamamilə qadağan olunacaq. Paytaxtda sıxlığın azaldılması üçün digər avtomobil sahibləri üçün də bir sıra qaydalar müəyyənləşdiriləcək. 

Həmin mərhələdə vətəndaşların paytaxtda girişini tənzimləyən müasir və hər cür komforta malik ictimai nəqliyyat növləri xəttə buraxılacaq. İdarədən xahiş edirlər ki, vətəndaşlar paytaxta gəlmək üçün məhz bu ictimai nəqliyyat vasitələrindən istifadə etsinlər. 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button