Yunan prezidenti “Atalarımızın etdiyini edərik” deyib Ankaranı hədələdi, Ərdoğan sərt cavab verdi:”Dənizə töküldüyünüzü unutma”

Türkiyə prezidenti yunan həmkarına çox sərt xəbərdarlıq edib.

Strateq.az xəbər verir ki, bu gün partiyasının Sakaryada keçirilən toplantısında Ərdoğan Yunanıstan prezdenti Prokopis Pavlopulosun bir neçə gün əvvəl “Türkiyə bizi məcbur edərsə, atalarımızın etdiyini edərik” deyə Türkiyəni hücumla təhdid etməsinə sərt cavab verib.

Ərdoğan Türkiyənin hazırda milli mübarizə apardığını xatırladaraq, yunan həmkarına belə aşağılayıcı mesaj göndərib:  “Yaddaş təzələmək istəyənlər getsin yaxın tarixi oxusunlar. Boylarından böyük söz danışanlar nağıl yerinə, əvvəlcə tarixi yaxşı öyrənsinlər. Sakarya Meydan Muharibəsində salamura (bizim dilimizdə “şoraba”, “turşu” mənasındadır – Strateq.az) olmaqdan necə qurtardıqlarını, dənizə tökülərək buranı necə tərk etmələrini unutmasınlar”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button