“Yusiflə Kəbirənin pullarını saymaq mənəmi qalıb?”

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı FB səhifəsində “Sədərək” Ticarət Mərkəzində araşdırma apardığı haqda məlumat verib. Moderator.az xəbər verir ki, baş redaktor Ticarət Mərkəzindən çox bədbin təəssüratlarla qayıdıb:

 “Son 2 gündür “Sədərək” cəhənnəmindəyəm. Burada insan ləyaqətinə hörmət deyilən şey yoxdur. Həbsxanalarda belə buradakı şəraitdən yaxşıdır vəziyyət. Bir az araşdırdım. Ən azı 10.000 obyekt var. 500 manatdan 1500 – 2000 manata qədər icarə haqqı verirlər. Obyektlərin hər xərcini obyekt sahibləri çəkir. Danışmaq, soruşmaq istədim, başıma komalaşdılar. Dərd dolu idilər. Burada insanın fəaliyyət göstərməsi olmazmış. Hətta Ekologiya və Təbii Sərvətlər Nazirliyi burada bazar yaradılmasına etiraz bildiribmiş. Keçmiş SSRİ – nin ən radiasiyalı sahələrindən biri imiş buralar. Əcaib – qəraib tullantılar basdırıblarmış…
Burada 10. 000 – dən çox iş yeri var. Hər gün bura 10. 000 – lərlə adam gəlir. İcarə haqları çox baha, xidmət yox. Mən daha əziyyət çəkib icarəni hesablamadım. Yusiflə Kəbirənin pullarını saymaq mənəmi qalıb? Amma sovetdənqalma bir deyimi xatırladım, insanlar danışdıqca. Tüfeyli kimi pul qazanmaq, zəhmətsiz gəlir buna deyirlərmiş. Heç bir iş görmə, dövlətin torpağını hasarla, onu balaca-balaca hissələrə böl, camaata icarə ver və heç nə etmədən milyonlarla pul qapazla. Millət də qırılsın…”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button