Yuxusuzluğun fəsadları

Amerikada böyüklərin üçdə biri gecələr doyunca yata bilmir. Bunu Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi açıqlayıb.

Mərkəz 2014-cü ildən Nəzarət Sisteminə Davranış Riskləri Faktoru-nun məlumatlarını analiz edib. ABŞ-ın techtimes.com saytı yazır ki, 50 ştat və Kolumbiya District-indən 444 mindən çox adam öyrənilib.

Problem

18-60 yaşlı adamlar azı hər gecə 7 saat yatmalıdırlar. Uzun müddtəli yuxu çatışmazlığı ürək, piylənmə, yüksək qan təzyiqi, diabet, iflic kimi xəstəliklərə, mütəmadi ruhi stressə və vaxtından əvvəl ölümə gətirir.

Yuxu çatışmazlığı həmçinin əhvala, məhsuldarlığa, konsentrasiyaya təsir edir. Yuxusuzluq dərketmə qabiliyyətinə təsirsiz ötüşmür, bu da yol qəzalarının, bədbəxt hadisələrin artmasına, iş məhsuldarlığının məhdudlaşdırılmasına gətirib çıxara bilər.

Tədqiqat zamanı bəlli olub ki, iştirakçıların 65.2 faizinin yuxu müddəti ilə bağlı sağlamlıq problemi var. Respondentlərin üçdə birindən çoxu gündəlik azı 7 saat yuxusunu almır. Havaidə 56 faiz adam yata bilmirsə, Cənubi Dakotada yuxusuzluqdan əziyyət çəkənlərin sayı (71 faiz) daha çoxdur.

Sağlam yuxu təbliğ olunmalıdır

Tədqiqat müəllifləri hesab edirlər ki, sağlam yuxu ilə bağlı ictimai maarifləndirmə və təhsilə ehtiyac var. Onların fikrincə, növbəli iş sistemi olan şirkətlər, səhiyyə sektoru ilə məşğul olanlar sğalam yuxu ilə bağlı tədbirlər görməlidirlər.

Bioloji rejim yaratmaq lazımdır

Tədqiqatda yuxusuzluğa səbəblər və maksimum yata bilməyə imkan yaradan yollar da göstərilib:

1. Hər gün eyni vaxtda yatıb durmaq lazımdır. Bu, bədəni yatıb-oyanma rejiminə, bioloji saata alışdıracaq.

2.Çalışın ki, həftəsonu daha çox yatmayın və ya gecəyə qədər oyaq qalmayın. Yatmaq rejiminə kiçik bir müdaxilə bioloji ritmi pozur. Bu, daha çox növbəli iş sistemində çalışan və tez-tez müxtəlif vaxtlarda yatan adamlar arasında rast gəlinir.

3. Yatmaq vaxtını yarat və həmin saatda özün-özünə de ki, yatmaq vaxtıdır. Bu zaman isti duş almaq, musiqiyə qulaq asmaq və ya kitab oxumaq kömək edər.

4. Yatmaqdan qabaq televizora baxmaq və ya elektronik cihazlardan istidadə etmək məsləhət görülmür. Çünki onların mavi işığı bədənin yuxu hormonlarını pozur.

Azadlıq.org

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button