Zəlimxan Məmmədli: “Əjdər Tağızadə psixi pozğunluğu olan xəstələri xatırladır”

aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaDAK-ın fəallarından olan Əjdər Tağızadə bugünlərdə Strateq.az saytına müsahibə verərək, qurumun dünəni və bu günü ilə bağlı düşüncələrini bölüşmüşdü. İctimaiyyət arasında kifayət qədər geniş rezonans doğuran həmin müsahibədə adı keçən şəxslərdən biri də Borçalı Cəmiyyətinin sədri, DAK İdarə Heyətinin üzvü Zəlimxan Məmmədli idi. Bu dəfə Zəlimxan bəydən həmin müsahibədə Əjdər Tağızadənin səsləndirdiyi fikirlərə münasibətini soruşduq.

– Əjdər Tağızadənin müsahibəsi ilə, yəqin ki, siz də tanışsız. Maraqlıdır,  DAK-da nə baş verir, Zəlimxan bəy?

– DAK-da hər şey normaldır. Əjdər Tağızadənin DAK-ın İstanbul qurultayından sonrakı həyəcanını anlayıram. Görünür, siyasi mübarizədə dözümü yetərli deyil. Öz sandığını açıb, pambığını tökməklə məşğuldur. Tənqid etsin, çox normal qarşılayaram. Amma şantaja, təhqirə yol verməsinə görə təəssüf edirəm.

– Əjdər Tağızadə iddia edir ki, Sabir Rüstəmxanlını DAK-a o gətirib. Bu haqda düşüncələriniz nədir?

– Bir az getsə, Sabir Rüstəmxanlını Milli Azadlıq Hərəkatına da onun gətirdiyini iddia edəcək. Sabir Rüstəmxanlı ömrünün əhəmiyyətli hissəsini milli davaya, bütöv Azərbaycan idealı uğrunda mübarizəyə həsr etmiş ictimai-siyasi xadimdir. Əjdər bəyin əksər iddialarında qəzəb əlamətlərini görürəm. Yenə onu bu yoldan çəkinməyə dəvət edirəm.

– Daha bir maraqlı nüans var. Bəhs etdiyiniz müsahibədə Kərbəlanı ziyarət etməyiniz nədən təəccüblə qarşılanıb? Bilmədiyimiz bir məqammı var?

– Əslində, bu haqda danışacaqdım. Əjdər bəy müsahibəsində mənəvi sərhədləri tapdalayıb. Odur ki, bu haqda bir neçə kəlmə deməkdə fayda olduğunu düşünürdüm. Hirsli başda ağıl olmaz, deyiblər. O, DAK həmsədri Sabir bəy haqqında çox iftiralar səsləndirir. Mən də DAK Idarə Heyətinin üzvü kimi yaddan çıxmamışam. Deyir  ki, Zəlimxan Məmmədli sünni olduğu halda niyə Kərbəla ziyarətində olub və Əl Maliki ilə görüşüb? Allah, sən özün saxla! Sən demə, bunlar cinayət imiş. Bu da Sabir bəyi vurmaq üçün ucuz bir isterika! Əvvəl istədim bu haqda heç danışmayım, çünki mənəvi dünyam belə istəyirdi. Əjdər bəy bu təfəkkürlə Güney Azərbaycan insanına gün ağlaya bilərmi? Əsla yox! Şəxsim üçün məzhəb bölücülüyü qəbulolunmazdır. İslam vahiddir və bütövdür. Qürur duyaraq islam yolunda, haqq yolunda mübarizə aparmış peyğəmbərimiz Həzrəti Məhəmmədi, İmam Hüseyni, İmam Əlini, Öməri və digər müqəddəsləri anmaq və ziyarət etmək mənəvi borcumdur. İraq səfərimiz İraq hökumətinin dəvəti ilə ciddi ptotokollaşdırılmış, əhəmiyyətli beynəlxalq konfrans üçün təşkil olunmuşdu. Nazirlər, parlament üzvləri, İraq türkmən cəbhəsi, dini liderlərlə tarixi görüşlərimiz oldu, həm də Kərbəla ziyarətində ibadətimizi etdik, ruhən  böyük Füzuliyə qovuşduq. Düşünürəm ki, bu səfərimizdə heyət olaraq üzərimizə düşəni yüksək səviyyədə reallaşdırdıq. Əjdər bəy gərək ki, mənəvi dünyanı zədələməsin. Təəssüf ki, o, ən uğursuz yolu seçdi. Getməyi də, gəlməyi də ağayana bacarmaq  AĞAYANA kişilərin işidi…

-Haqqında danışdığınız müsahibə ilə bağlı başqa demək istədiyiniz nəsə varmı?

– Əjdər Tağızadənin ikinci iftirası haqqında danışmaq istərdim. O deyir ki, Sabir Rüstəmxanlı DAK-a öz ətrafına agentlər yığır. Jurnalistin haqlı olaraq – “o kimdir”? sualına cavabı da anormallığı ilə adamı təəccübləndirir. Deyir ki, məsələn, Zəlimxan Məmmədli, əslən Gürcüstandandır, deyilənə görə Moskvanın adamıdır. Şükür, xudavəndi aləm! Dəli necə olur ki? Tibb elmində hallisünasiya (el arasında sayıqlama da demək olar) adlı bir termin var. Daha çox bəzi psixi pozğunluqların ilkin əlamətlərindən biridir. Əjdər bəy bu xəstələri xatırladır. Allah şəfa versin. İnsanın bir günün içərisində dünən duz- çörək kəsib, ayaq üstə sağlığını qeyd etdiyi adamın, bir anın içərisində qəbrini qazmağa girişməsinin  ən sadə adı mənəvi tükənmədir. Əminəm ki, bu təfəkkürlə nəinki Bütöv Azərbaycan qurmaq olar, heç bütöv şəxsiyyət də olmaq olmaz…

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button