Zəlimxan Məmmədli Əjdər Tağızadəyə cavab verdi

zəlimxan məmmədli2Əjdər Tağızadə xural.com-a verdiyi müsahibəsində “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədlidən də danışıb və onun Tənzilə Rüstəmxanlının dəstəyi ilə Milli Məclisə deputat seçdiriləcəyi haqqında fikirlər bildirib: “…Adı ilə deyirəm, Zəlimxan Məmmədlini DAK-a gətiriblər. Bu adam DAK üçün nə edib ki? Sonra eşidirəm ki, Tənzilə Rüstəmxanlı onu deputat edəcək. Xanımının tapşırığı ilə DAK-da bir saat da fəaliyyəti olmayan adamları gətirib İdarə Heyətində oturdurlar. Sonra da onlara söz verirlər ki, səni millət vəkili edəcəyik.” Məsələ ilə bağlı Zəlimxan Məmmədliyə müraciət etdik və onun münasibətini öyrənmək istədik. Zəlimxan Məmmədlinin cavabı belə oldu: “Əjdər bəy çox əsəbi görünür. Məsləhət görmürəm, çünki sağlıq durumu ziyan görə bilər. Məni DAK-da və ya Azərbaycan davasında götmürsə də canı sağ olsun. Əjdər bəyə səbr arzulayıram.” Zəlimxan bəyə verdiyimiz “Həqiqətənmi Tənzilə xanım, ya da Sabir bəy Sizə deputatlıq vəd edib?” sualımızı isə qarşı tərəf cavablandırmayıb.
xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button