Zahid Oruc: “Ermənilərin planları özlərinin əleyhinə işlədi”

zahid oruc

Millət vəkil Zahid Oruc Region TV-də yayımlanan “İctimai rəy” verilişinə qonaq olub.

Z.Oruc 2 aprel tarixini Azərbaycan üçün yeni mərhələ adlandırıb: “Bu millət öz qələbəsinə inanır. Azərbaycan ordusu Qarabağa gedən yolu göstərdi. Ermənilərin planları özlərinin əleyhinə işlədi. Bu zərbənin Ermənistanda hakimiyyət dəyişikliyinə yol açacağını siz görəcəksiniz”.

“2 apreldə başlayan 4 günlük müharibə beynəlxalq münasibətlər sistemində də dəyişiklik edə bilər. 2 apreldən başlayan hadisələr elə bir vaxtda baş verdi ki, bunun Azərbaycan üçün kifayət qədər faydalı olacağına inanıram”, – deyə Zahid Oruc bildirib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button