Zahid Oruc yayılan xəbərlərə münasibət bildirdi: “Yolumuz davam edir!”

Zahid Oruca danışmaq qadağan olundu?

zahid oruc

Zahid Oruc haqqında tənqidi şərh yazanlara bu cür münasibət bildirdi: “Təhqir demokratlığın vizit kartıdır…”

Deputat Zahid Oruc haqqında sosial şəbəkələrdə maraqlı xəbərlər dolaşmağa başlayıb. Xəbərlərdə deyilir ki, Zahid Orucun son çıxışlarından sonra onun haqqında bəzi qadağalar tətbiq olunmağa başlayıb. Tanınmış jurnalist Qənimət Zahidovun yazdığına görə, hətta Zahid Orucu bir müddət parlamentə buraxmayıblar. Ona danışmağın qadağan olunduğu da gələn xəbərlər arasındadır. Jurnalist Rafiq Cəlilov yazıb: “Milli Məclisdən əldə etdiyim məlumata görə telefonları da bağlıdır.”

xural.com yayılan xəbərlərə cavab almaq məqsədilə deputat Zahid Oruca “Zahid bəy, xəbərlər dolaşır ki, kimlərsə sizə danışmağı qadağan ediblər. Hətta bir neçə iclas parlamentə gəlişiniz belə qadağan olunub. Bu xəbərin əsli-astarı varmı? Cavablandırmağınızı xahiş edirik” sualı ilə müraciət etdi. Zahid Oruc sorğumuza cavab olaraq bildirdi ki, mənim kiçik bir pauza verməyim də çıxışlarımın davamı sayıla bilərdi əslində. Xeyr, yayılan xəbərlər tam yanlış xəbərlərdir. İşlərin çoxluğu, səfərlər və digər texniki məsələlər başımı qatıb… Yolumuz davam edir…”

Deputat sosial şəbəkələrdə yazılanlara da cavab bildirib və şərhlərə maraqlı cavab verib: “Baxıram, xeyli statuslar yazılıb deyəsən… Olsun, təhqir demokratlığın vizit kartıdır…”

Parlament iclaslarına buraxılmamasına və orada iştirak etməməsinə gəlincə, Zahid Oruc xural com-a bildirdi ki, “Mən son iclasda iştirak etmişəm. Hesabat iclasında isə rayonda açılışda olmuşam.”

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button