Zakir Qaralov həbsdəki MTN əməkdaşları, milyonlar və əmlaklardan danışdı

Azərbaycanın baş prokuroru Zakir Qaralov Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində aparılan cinayət işlərindən danışıb.

Virtualaz.org-un məlumatına görə, Zakir Qaralov bu gün Baş Prokurorluqda keçirilən geniş əməliyyat müşavirəsində qeyd edib ki, hesabat dövründə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində qeyri-aşkar şəraitdə törədilmiş bir sıra xüsusilə ağır cinayət hadisələrinin, o cümlədən qəsdən adam öldürmə cinayətlərinin cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq keyfiyyətli istintaq edilməsi, cinayət törətmiş şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilmələri, eyni zamanda böyük ictimai rezonansa səbəb olmuş bəzi cinayət hadisələri üzrə başlanmış cinayət işlərindən 26 şəxs barəsində 18 iş üzrə yüksək peşəkarlıqla istintaqı yekunlaşdırılaraq məhkəmələrə göndərilib: “Belə ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin yüksək rütbəli vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı 250 epizod üzrə aparılmış kompleks istintaq-əməliyyat tədbirləri nəticəsində 2005-2015-ci illər ərzində nazirliyin əməkdaşlarından ibarət yaradılmış mütəşəkkil dəstənin üzvlərindən Akif Çovdarov, Sübahir Qurbanov və qeyrilərinin, cəmi 19 şəxs barəsində 7 cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib”.

Baş prokuror bildirib ki, vurulmuş 41 milyon 512 min manat məbləğində ziyanın ödətdirilməsinin təmin olunması məqsədi ilə təqsirləndirilən şəxslərə məxsus ümumilikdə 56 milyon manat dəyərində əmlak üzərinə məhkəmənin qərarı ilə həbs qoyulub.

Hazırda cinayət işinin digər epizodları, o cümlədən barələrində axtarış elan olunmuş şəxslərin cinayət əməlləri barədə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Z.Qaralov həmçinin cəzalandırılan prokurorluq işçilərindən danışıb: “Çox ciddi tələbkarlıq və prinsipiallıq şəraitinin yaradılmasına baxmayaraq, 2017-ci ilin birinci yarımilində müxtəlif xətalar törətdiklərinə görə 13 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib, onlardan 5 nəfər tutduğu vəzifədən azad olunub, 1 nəfər isə prokurorluq orqanlarından xaric edilib”.

Tələb edilib ki, bütün struktur qurumlarda, tabe rayon və şəhər prokurorluqlarında Azərbaycan prezidenti İlham Əliyevin dövlət qulluqçularının xidməti və xidmətdən kənar məmur-vətəndaş münasibətlərini müəyyən edən proqram xarakterli çıxışlarından ciddi nəticə çıxarılması, eləcə də xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi, tapşırılan işə görə əməkdaşların məsuliyyət hissinin və neqativ təzahürlərə münasibətdə prinsipiallığının artırılması üçün ən qəti tədbirlər görülsün.

Əlaqəli məqalələr

1 şərh

  1. Zakir Qaralov fırıldaqçılıq edən Baş Prokurorluq əməkdaşlarına qarşı niyə cinayət işi qaldırmır??? Bir ildən çoxdur ki, Prokurorluqda İstintaqa Nəzarət İdarəsinin rəisi və müavinləri barəsində şikayət etsəm də heç kim cavab vermir. 27.05.2017 tarixində Zakir Qaralovun Göygöldəki qəbuluna gedərkən məni Məşğulluq Mərkəzində qanunsuz saxladılar və 10:15 radələrində Zakir Qaralov çıxıb gedəndən sonra məni sərbəst buraxdılar. Səhərisi gün mətbuata yalan məlumat verdilər ki, guya 36 nəfər qəbul olunub (15 dəqiqəyə). Fırıldaqçılıq edən Baş Prokurorun başqalarına qarşı cinayət işi qaldırmasına nə mənəvi, nə də hüquqi cəhətdən ixtiyarı çatmır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button