Zakir Qaralov şikayətçilərlə görüşəcək

zakir-qaralov

Baş prokuror Zakir Qaralov cari il martın 11-də saat 11:00-da Neftçala rayon prokurorluğunun inzibati binasında Neftçala, Cəlilabad, Biləsuvar və Cəbrayıl rayonlarında yaşayan vətəndaşları qəbul edəcəkdir.

Baş Prokurorluqdan daxil olan məlumata görə, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Neftçala şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, onların rahatlığı üçün qəbula Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu-və contact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə də yazıla bilərlər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button