“Zaman keçər səsini unudaram”-ŞEİR

Gültəkin Mustafayeva

 

Rəsmin də yoxdur ki
sıxım köksümə ağlayım.
Gözlərinin qarasına
diqqətlə baxım.
Təsəllim mesajların olur,
Sənin səsinlə oxuyuram.
Hərdən zəng elə səsini eşidim.
Zaman keçər səsini unudaram.
Bəs mesajlarını necə oxuyaram?
Rəsmini də göndər barı
Əsirgəmə məndən simanı.
Danışım rəsminlə.
Unudum hər şeyi
evi-eşiyi, işi-gücü.
İşim də, gücüm də sən olasan
Zaman-zaman ürəyimə dolasan.
Qəlbimdə yer açım Sənə,
daha geniş, daha fərah.
Səninlə danışaraq xərcləyim zamanımı,
gecəmi, gündüzümü, elə hər anımı.
Bircə sən ol bütün həyatımın anlamı.
Sən…

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button