Ziya Məmmədov 8 nəfəri işdən qovdu

nqlytNəqliyyat Nazirliyində köklü islahatlar həyata keçirilir.  xural.com Baku.ws-yə istinadən xəbər verir ki, avqust ayının 3-də nazirlikdə baş tutan iclasdan sonra qurumda dəyişikliklərə start verilib.

İclasda Avropa Oyunları ərəfəsində şəhərdaxili sərnişindaşımada qeydə alınan bir çox qüsurlar müzakirə olunub. Əsasən sərnişin avtobuslarının iştirakı ilə qeydə alınan qəzalar müzakirə olunub.
Müzakirədən sonra Nəqliyya Nazirliyinin bir çox vəzifəli işçiləri buraxdıqları qüsurlara görə işdən qovulublar. Nazirliyin tərkibində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Hüseyn Salamov və 8 nəfər əməkdaş işdən qovulublar.
Qeyd edək ki, həmin görüşdə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis vəzifəsinə Elnur Abdullayev təyin olunmuşdu. İclasda sərnişindaşımada mövcud problemlər müzakirə olunub və işin keyfiyyətini yüksəltmək üçün lazımı qərarlar qəbul olunub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button