Ziyalılar Əvəz Zeynallının həbsini pislədi

Əvəz Zeynallının həbsi cəmiyyətin müxtəlif təbəqələrində birmənalı qarşılanıb – hamı Əvəz Zeynallının hakimiyyəti tənqidi yazılarına görə böhtan atılaraq həbs edilib, o vicdan məhbusudur və özünü demokratik dövlət adlandıran bir ölkədə müstəqil qəzetin baş redaktorunun həbsi yolverilməzdir. Redaksiyaya vurulan zənglər, edilən ziyarətlər minlərlə insanın bu hadisəyə nifrət və təəsüflə yanaşdığını göstərir. “Xural”sevərlər Əvəz Zeynallının həbsini birbaşa 37-ci il repressiyası ilə əlaqələndirirlər. Onlar hesab edirlər ki, Əvəz Zeynallının həbsi azad mətbuatın boğulması, susdurulması deməkdir.

Bir-neçə ziyalı Əvəz Zeynallının həbsi ilə bağlı münasibət bildirib:

Cəmil Həsənli
Bu yaxınlarda olmuş bütün həbslər kimi Əvəz Zeynallının da həbsini pisləyirəm. Hesab edirəm ki, bu həbs tam ədalətsizdir və Əvəz Zeynallıya böhtan atılıb. Düşünürəm ki, mətbuat işçisinə qarşı belə münasibət yolverilməzdir.

 

 

Rüstəm İbrahimbəyov
Əvəz Zeynallının həbsi çox ədalətsiz, qanunsuz bir həbsdir. Biz demokratiyadan danışırıq, ədalətdən danışırıq ancaq bir tərəfdən də müstəqil mətbuatın baş redaktoru həbs edirlir. Təmiz adama şər atıb, dama basmaqdan böyük günah ola bilməz. Belə şeylər camaatın inamını öldürür. Vəziyyət bu cür davam edə bilməz.

 

 

Ramiz Rövşən
Əvəz Zeynallının həbsini qəti pisləyirəm. Düşünürəm ki, bu siyasi həbsdir. Əvəz Zeynallı şərlənərək həbs edilib. Demkoratik cəmiyyətdə bu cür cəzalandırmaya qarşıyam.

 

 

 

Eldar Namazov
Təbii ki, Əvəz Zeynallının həbsi heç cür yolverilməz hadisədir. Azərbaycan tarixində ilk dəfə olaraq mən belə bir halla rastlaşıram. İlk dəfədir ki, bir baş redaktoru millət vəkilindən istifadə etməklə qanuni əsas olmadan həbs edirlər. Əvəz Zeynallının həbsi məsələsi “Ziyalılar Forumu”nda da müzakirə olundu. Müstəqil analitik Mehman Əliyev həbslə bağlı arayış verdi. Biz ziyalılar olaraq Əvəz Zeynallının həbsi ilə bağlı bəyanat verəcəyik.

 

 

 

 Elxan Xanəlizadə
Bu həbsin azad sözün boğulmasına qarşı atılan bir addım olduğunu diqqətinizə çatdırmağı vacib hesab edirəm. Hazırda həbsdə olan baş redaktor heç bir siyasi partiyanın üzvü deyil. O, azad söz, müstəqil mətbuat uğrunda mübarizə aparan bir ziyalı kimi müdafiə olunmalıdır. Tanınmış ziyalılar milli dəyanət nümayiş etdirərək, Əvəz Zeynallının azadlığa çıxması üçün əllərindən gələni etməyə çalışmalıdırlar.

 

 

Rövşən Danyeri

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button