Ziyalılardan Əlizadə Aysel Alim qızına dəstək

Ziyalılardan Əlizadə Aysel Alim qızına dəstək

27 məşhur imza xanım namizəd üçün seçicilərə müraciət etdi

Azərbaycanın, aralarında yazıçıların, şairlərin, jurnalistlərin, politoloqların, iqtisadçıların, bəstəkar və müğənnilərin olduğu bir neçə tanınmış ziyalısı deputatlığa namizəd Aysel Əlizadəyə dəstək bəyanatı verib. Namizədin seçki qərargahından musavat.com-a daxil olmuş həmin müraciət-bəyanatı təqdim edirik:
aysel əlizadənin plakatı
“Biz, imzası olanlar 8 saylı Binəqədi 1-ci seçki dairəsindən deputatlığa namizəd yazıçı, publisist Aysel Əlizadəni qarşıdan gələn 01 Noyabr 2015-ci il tarixinə təyin olunmuş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə dəstəkləyir və onu deputat kimi görmək arzusunda olduğumuzu bəyan edirik. Qeyd olunan dairədə səsvermə hüququ olan vətəndaşları sosial-siyasi yüklü proseslərdə fəal iştirakçı olmağa çağırır, seçim edən zaman Aysel Əlizadəyə verdiyimiz önəmi nəzərə almalarını xahiş edirik. Ayselin millət vəkili seçilməsi Azərbaycan mədəniyyətinin – ədəbiyyatın, jurnalistikanın, televiziya sahəsinin, ümumilikdə maarifçiliyin inkişafı istiqamətində görülən işləri daha da irəliyə apara, ictimai xadimlərin, ziyalıların, yaradıcı adamların vətəndaş cəmiyyəti quruculuğunda iştirakını gücləndirə bilər.
1. Qulu Məhərrəmli – əməkdar jurnalist, professor
2. Rafiq Hüseynli – diktor, xalq artisti, professor
3. Sənubər İsgəndərli – xalq artisti
4. Kamran Nəzirli – yazıçı, tərcüməçi
5. Nəriman Əbdülrəhmanlı – yazıçı, tərcüməçi
6. Baba Vəziroğlu – şair, əməkdar incəsənət xadimi
7. Hikmət Hacızadə – politoloq, ictimai xadim
8. Qubad İbadoğlu – iqtisadçı alim
 9. Vaqif Əsədov – xalq artisti, rejissor
10. Niyazi Mehdi – fəlsəfə elmləri doktoru-filosof
11. Musa Yaqub – şair, ictimai xadim
12. Lalə Məmmədova – mügənni, əməkdar artist
13. Qan Turalı – yazar
14. Kənan Hacı – yazar
15. Fuad Poladov – xalq artisti
16. Fərid Hüseyn – şair
17. Esmira Fuad – yazıçı, alim
18. Firudin Qurbansoy – astroloq, filologiya elmləri namizədi
19. Şəhriyar del Gerani – şair
20. Azər Ayxan – “Yeni Musavat” qəzeti baş redaktorunun birinci müavini
21. Kəmalə Abiyeva – şairə, pedaqoq
22. Əvəz Zeynallı – jurnalist, “Xural”qəzetinin baş redaktoru
23. Sahilə İbrahimova – yazar
24. Rəbiqə Nazimqızı – yazar, şair
25. Paşa Qəlbinur – şair, professor
26. Həmid Herisçi – yazıçı, teleaparıcı
Bütün dostları Əlizadə Aysel Alim qızının namizədliyini dəstəkləməyə çağırırıq. Siyahıya qoşulmaq istəyənlər seçki qərargahımızın aşağıdakı ünvanlarına müraciət edə bilərlər:
aysel.alizade@gmail.com
https://www.facebook.com/AlizadeAysel”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button