«Çap evi» qəzet çapını dayandırır

Uzun illər müxalifət qəzetlərini çap edən mətbəə, daha bu işi görməyəcək

 Azərbaycanda daha bir müstəqil mətbəə qəzet nəşrini dayandırır. Bu barədə dünən «Qanun» Nəşrlər Evinin balansında olan «Çap evi» mətbəəsinin sahibi Şahbaz Xuduoğlu əməkdaşımızla söhbətində bilidirib. Ş.Xuduoğlu deyib ki, mətbəədə faktiki olaraq qəzet və işçi problemləri yaşandığından mərhələ-mərhələ qəzet nəşrini dayandırılır. «İndi demək olar ki, biz qəzet nəşrini azaltmışıq. Kağız problemimiz var. Yəqin ki, yaxın zamanlarda ümumiyyətlə, qəzet nəşr etməyəcəyik. Hazırda yalnız bir neçə qəzetin nəşrini həyata keçiririk» deyə həmsöhbətimiz bildirdi.

Qeyd edək ki, «Çap evi» mətbəəsi uzun illər Azərbaycanda bir çox mətbəələrin çap etmədiyi müxalifətyönümlü və müstəqil qəzetləri çap etməsi ilə tanınıb. Hətta bir zamanlar bu mətbəəyə süni olaraq elektrik enerjisi problemi yaradılanda belə müstəqil qəzetlərin rəhbərləri müzakirələr aparıb, aksiyalar keçiriblər. Uzun illər «Çap evi» mətbəəsi köhnə avadanlıqlarla da olsa, hakimiyyəti sərt tənqid edən qəzetləri nəşr edib. Lakin bir il bundan əvvəl «Çap evi» yeni və müasir avadanlıqlar alıb. Hazırda mətbəədə ən yeni avadanlıqlarla nəşrlərin çapı həyata keçirilir. Amma mətbəə sahibinin dediyi kimi kağız problemi (?) yarandığından qəzetlərin nəşrindən imtina edilir.

 XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 051 (459), 04 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button