«Hafka»nın işçiləri üsyana qalxdılar

«Bahar energy»də ixtisarlar yüzlərlə insanın işsiz qalmasına səbəb oldu

 Dünən «Bahar Energy» əməliyyat şirkətinin 50-yə yaxın işçisi Neft-Qaz Sənayesi İşçilərinin Həmkarlar İttifaqının binası qarşısında etiraz aksiyası keçiriblər.

Aksiya iştirakçılarından biri olan Faiq Abbasovun Turana verdiyi məlumata görə, şirkətin 210 işçisi müqavilə müddətinin başa çatması ilə əlaqədar ixtisar edilib. «Bizim aramızda çoxillik staja malik müddətsiz əmək müqaviləsi olanlar var. Lakin Qum adası” NQHİ bu şirkətin tabeçiliyinə verildikdən sonra onun rəhbərliyi bizimlə müddətli əmək müqavilələri bağladı. Bu zaman şifahi olaraq bildirildi ki, müqavilələrin müddəti uzadılacaq. Lakin bizi işdən qovdular”», – deyə Abbasov bildirib.

O, həmçinin qeyd edib ki, neftçilər ona görə Həmkarlar İttifaqının binası qarşısına toplaşıblar ki, uzun illərdir ora pul ödəyirlər. Buna baxmayaraq, Həmkarlar İttifaqı qanunsuzluğa göz yumur və işçiləri müdafiə etmir.

Həmkarlar İttifaqının sədri Cahangir Əliyev məzuniyyətdədir. Onun müavini Fətulla Fətullayev qeyd edib ki, işçilərin şikayətini qəbul edib və yaxın zamanda şikayətə baxılacaq.

Qeyd edək ki, «Bahar Energy Operating Company Limited» Bahar” və Qum adası” dəniz yataqları blokunda kəşfiyyat, reabilitasiya, emal və hasilat layihəsinin operatorudur.

Şirkət BƏƏ-də qeydiyyatdan keçib təsisçisi Baghlan Group, Greenfield İnternational və RAFI Oil şirkətləridir. Qeyd edək ki, «Bahar Energy Operating Company Limited»-in sahibi tanınmış iş adamı Hafiz Məmmədovdur. «Hafka»” kimi məşhur olan iş adamı eyni zamanda «Bakı» Futbol Klubunun prezidentidir.

“Xural” qəzeti,

il 9, sayı: 060 (469), 14 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button