«İlhamla irəli» şüarı altınla dilənən oğlan

«Əzizbəyov» metrosunun qarşısında dilənçiliklə məşğul oldu və gözlərini itirdi

 Bu günlərdə redaksiyamızın əməkdaşları maraqlı bir faktla rastlaşıblar. Daha doğrusu, aylardır ki, fotomüxbrimizin müşahidə elədiyi maraqlı bir məqam ortaya çıxıb. Paytaxtda «Əzizbəyov» metrosunun qarşısında adamlardan pul dilənən bir gənc oğlan əyninə 2003-cü ilin seçkilərində dövlət başçısı İlham Əliyevin təbliğatı üçün «İlhamla irəli» şüarı yazılmış mayka geyinib. Dilənçi oğlan aylarla bu köynəkdə dilənəndən sonra bir müddət metronun qarşısında gözə dəyməyib. Bir müddətdən sonra isə dilənçi oğlan yeni qiyafədə peyda olub. Bu dəfə «İlhamla irəli» köynəyində deyil, yeni bir «imic»də dilənməyə başlayan bu dilənçi özünü kor kimi göstərməyə başlayıb. Məlum olub ki, bu oğlan əslində kor deyil və onun özünü kor kimi qələmə verməsi yalandır.

Qeyd edək ki, fotomüxbirimiz metronun yaxınlığında işləyən taksi sürücülərindən biri ilə bu barədə qısaca söhbət də edib. Taksi sürücüsü əməkdaşımıza deyib ki, uzun müddət bu oğlan həmin maykada dilənçiliklə məşğul olub. «Nədənsə polislər də ona heç bir söz demirdilər. Bu analoqu olmayan iqtisadi inkişafın təzə formasıydı. Cənab prezidentin təbliğatını aparan köynəyi geyinib metronun qarşısında dilənmək əslində biabırçılıq idi. Sonradan polislər bu oğlana dedilər ki, əyninə başqa köynək geyin. O da dedi ki, təzəsini almağa pulu yoxdu. Polislər də ona yeni köynək alıb verdilər» deyə taksi sürücüsü bildirib.

Taksi sürücüsü əməkdaşımıza deyib ki, dilənçi oğlan bu köynəyi ona bir qonşusu pulsuz olaraq veribmiş: «Mən onun qonşusunu tanıyıram. Müxalifətçidir» deyə taksi sürücüsü bildirib.

 XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 043 (451), 26 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button