«Kapitalbank»ın Neftçala rayon şöbəsi sələmçilərə faizə pul verir

Bank müdiri icra başçısı ilə bir yerdə çalışır?!

«Kapitalbank»ın Neftçala rayon filialının müdiri Telman Qorçuyevin fəaliyyəti haqqında XuralTAC-a məlumat daxil olub. Məlumatda deyilir ki, bankın rayon şöbəsinin müdiri rayonun bəzi bərkgedən sələmçilərinə faizə pul verir. Təxminən 20-30 min manat arası sələm verən bank müdiri bunu «Kapitalbank»ın mərkəzindəki səlahiyyət sahibləri ilə razılaşdırmır. Mənbənin bildirdiyinə görə, Telman Qorçuyev yalnız Neftçala rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşovla heçablaşır və bu «əməliyyat»lardan başçının da xəbəri var.

XuralTAC-a yetişən məlumatlarda o da bildirilir ki, «Kapitalbank»ın Neftçala rayon filialının müdiri sələmçilərə verdiyi puldan ikiqat «gəlir» əldə edir. Hər «partiya» puldan konkret «şapka» alan bank müdiri, bundan əlavə, həm də aylıq faiz alır sələmçilərdən. Kreditin müddəti də cazibədardır – 2 il, bəzən isə 3 il müddətinə. Kreditin müqabilində heç bir girov tələb olunmur.

Göründüyü kimi, Neftçala rayonunda bir zamanlar Bakıda baş verən hadisələrin eynisi yaşanır və bu əməliyyatların aqibətinin yaxşı nəticələnməyəcəyi haqqında məlumatlar artıq redaksiyalara ötürülür. Bunun üçün əməlli-başlı araşdırmaların aparılmalı olduğunu söyləyən mənbə, «bir balaca araşdırma hər şeyi ortaya çıxaracaq» deyir.

XuralTAC-ın adının çəkilməsini istəməyən mənbəsi onu da bildirdi ki, yaxın günlərdə sələmçilərin adlarının yer aldığı siyahını redaksiyamıza təqdim edəcək.

XuralTAC

“Xural” qezeti
il: 9, sayı: 047(407), 19-25 dekabr 2010-cu il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button