«Xural» siyasi və vicdan məhbuslarına azadlıq tələb edir!

 Dünən «Xural» qəzetinin Redaksiya Şurasının toplantısı keçirilib. Toplantıda qərara alınıb ki, qəzet redaksiyası bundan sonra 2 aprel mitinqində və sonradan baş verən bəzi hadisələrdə siyasi motivlərlə həbs olunan və barələrində cinayət işi açılan siyasi məhbusların dəstək kampaniyasına qoşulsun.

Bu barədə XuralTAC-ın yaydığı məlumatda bildirilir ki, heç bir siyasi düşərgəyə bağlı olmayan və sırf müstəqil siyasi kursuna sadiq qalan qəzet qondarma ittihamla həbs olunanları müdafiə etməklə vətəndaş cəmiyyətinin və hüquqi dövlətin təməl prinsiplərinin qorunmasında yer almalıdır.

Beləliklə, «Xural» qəzeti 25 sentyabr 2011-ci il tarixli sayından başlayaraq 3-cü səhifəsini «Siyasi məhbuslara azadlıq kampaniyasına ayıracaq. «Xural»  hər zaman olduğu kimi, bundan sonra da özgürlük və haqq arayışında olan hər bir vətəndaşın yanında olacaq.

 XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 042 (450), 25 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button