«Xural»ın avadanlıqlarını kim müsadirə etdi?

Kamal və Yavər Allahverdiyev

Yavər Allahverdiyev Ramiz Mehdiyevin Prezident Administrasiyasının dəftərxanasnın müdiri işləyən qardaşı qızının həyat yoldaşıdır.

Oktyabrın 19-da «Xural»ın redaksiyasında aparılan axtarış Ədliyyə Nazirliyi Nərimanov rayon Məhkəməsinin məhkəmə qərarlarının icrası idarəsinin rəis müavini Yavər Allahverdiyevin rəhbərliyi altında həyata keçirilib. Yavər Allahverdiyev Ramiz Mehdiyevin Prezident Administrasiyasının dəftərxanasnın müdiri işləyən qardaşı qızının həyat yoldaşıdır. «Xural»ın redaksiyasında tez-tez, «narahat olmayın, bütün texniki avadanlıqlarınızı aparmayacağıq, işləmək üçün də nəsə saxlayacağıq» deyərək, əməkdaşları arxayın salmağa çalışan, son dəqiqələrdə isə «göz-qaş» işarələrilə «hər şeyi maşınlara doldurun» əmrini verən Yarər Allahverdiyevin artıq hansı kanaldan əmr aldığı üzə çıxmağa başlayıb. Bir vaxtlar fəhlə işləyən, R.Mehdiyevlə yaxın qohum olduqdan sonra vəzifə pilləsində durmadan yüksələn Yavər Allahverdiyevin «Xural» redaksiyasında apardığı əməliyyatın qarşılığında hakim dairədən çox ciddi «hədiyyə» aldığı söylənilir.
Xatırladaq ki, Nərimanov rayon Məhkəmsinin Məhkəmə Qırarlarının İcrası İdarəsinin rəisi Kamal adlı şəxs Ədliyyə Nazirldiyinin Məhkəmə Qərarlarının icrasına nəzarət İdarəsinin rəisi Xanlar Zeynalovun çox yaxın qohumudur.

İcraçılardan baha biri – üçüncüsü Dövlət Mətbuat Şurasının İdarə Heyətinin üzvü və «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin bacısı oğludur.

Görünür, “Xural”la bağlı namərd əməliyyat keçirilərkən bu şəxslərin əməliyyat qrupuna salınması da xüsusi planlardan biri olub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button