«Xural»ın fotoaparatı oğurlanıb

Fotoaparatın görüntüsü

Yaddaş kartında redaksiya üçün əhəmiyyətli şəkillər olub

«Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallı həbs olunduqdan 2 gün sonra redaksiyada işlədilən «Samsung SHD Lens» markalı fotoaparat yoxa çıxıb. Fotoaparatın yaddaş kartında Nərimanov rayon məhkəməsinin icraçıları tərəfindən «Xural»ın əmlakının müsadirə olunduğu gün çəkilən şəkillər, o cümlədən Əvəz Zeynallının ailə şəkilləri olub. Həmin ərəfədə redaksiyaya saysız-hesabsız, özünü «dost» adlandıran adamlar«keçmiş olsun»a gələrək, hadisə ilə bağlı öz təəsüflərini və hər zaman «Xural»ın yanında olacacaqlarını bildiriblər. Hadisə baş verən gün isə redaksiyanın həyətində naməlum şəxslərin gəzişdiyi haqda xəbər yayılan kimi həyətə çıxan əməkdaşlar geri qayıdarkən fotoaparatın yerində olmadığını görüblər. Həmin an otaqda olan «dost»umuzun müəmmalı hərəkətləri də redaksiya əməkdaşlarının gözlərindən yayınmayıb. Hətta fotoaparatın onun tərəfindən götürülüb-götürülmədiyi ehtimalı da əməkdaşlar arasında müzakirə olunub və yekdil fikrə gəlinib.
«Xural»ın gərgin günlərində həmin adam bu «dostyana» hərəkətilə adının tarixə düşməsini istəmirsə, istədiyi yolla fotoaparatı geri qaytara bilər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button