Rubrikalar: GÜNDƏM XuralTAC

ƏƏSMN:”142-Çağrı Mərkəzi gücləndirilmiş iş rejiminə keçirilib”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaşı 65-dən yuxarı tənha vətəndaşlara evlərində sosial xidmətlərin göstərilməsi ilə əlaqədar Nazirliyin 142 – Çağrı Mərkəzi də gücləndirilmiş iş rejiminə keçirilib və funksional imkanları artırılıb.

Nazirlikdən Xural.com-a verilən məlumata görə, yaşı 65-dən yuxarı tənha şəxslər sosial xidmətlərdən yararlanmaq üçün 142 – Çağrı Mərkəzinə zəng vuraraq qeydiyyata alınırlar:

“Bu da Çağrı mərkəzinə zənglərin sayında ciddi artıma səbəb olub. Yalnız son iki gündə Çağrı mərkəzinə ümumilikdə 3600-dək, o cümlədən sosial xidmətlərin göstərilməsi üzrə 700-ədək müraciət daxil olub.

Bu sahədə vətəndaşlara xidmətin daha da təkmilləşdirilməsi üçün Çağrı Mərkəzi üzrə əlaqə kanallarının sayı 4 dəfədən çox artırılıb. Vətəndaşların zənglərini cavablandırmaq üçün eyni anda 64 əlaqə kanalı vardısa, 200-ü də yaradılmaqla, 264-ə çatdırılıb.

Eyni zamanda, vətəndaş müraciətlərini cavablandıran operatorların sayı artırılıb və hazırda 40 operator zəngləri cavablandırmaqla məşğuldur. Nəticədə 142-yə zəng vuran vətəndaşların xəttə növbəliliyi və xətdə gözləmə vaxtının minimuma endirilməsi təmin olunub.

Qeyd edək ki, 142 – Çağrı Mərkəzi vasitəsilə nazirliyin fəaliyyət sahələri, o cümlədən yaşı 65-dən yuxarı tənha vətəndaşlara evlərində sosial xidmətlərin göstərilməsi ilə bağlı müraciətlər də qəbul edilir. Sosial xidmətlərə yaşı 65-dən yuxarı tənha şəxslərə ev təsərrüfatı ilə bağlı işlərdə, öz vəsaiti hesabına ona lazım olan əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və s. kömək göstərilməsi daxildir”.

Paylaş:

This post was last modified on 26 Mart 2020 5:23 axşam

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Koronavirusa yoluxub-sağalan Fatih Terim evə buraxıldı

Koronavirusa yoluxan "Qalatasaray"ın baş məşqçisi Fatih Terimdən xəbər var. Xural.com musavat.com-a istinadən xəbər verir ki, baş məşqçi artıq evə buraxılıb.…

30 Mart 2020
  • GÜNDƏM
  • XuralTAC

İlham İsmayıl yazır: “Nifrət virusu niyə dezinfeksiya olunmur?”

Səməd Seyidovun “Etikxeber.az” saytına verdiyi müsahibə və AŞPA-nın prezidenti Rik Daemsə yazdığı məktubla tanış olanda bir daha əmin olmaq mümkündür…

30 Mart 2020
  • GÜNDƏM
  • XuralTAC

Dünyada 634 mindən çox insan koronavirusa yoluxub-ÜST

29 mart tarixi, Cenevrə vaxtı ilə saat 10:00-a (Bakı vaxtı 13:00) olan məlumata görə, dünyada 634 835 nəfər yeni növ…

30 Mart 2020
  • DÜNYA
  • GÜNDƏM
  • XuralTAC

“Fransada son 24 saatda ölkədə 262 nəfər dünyasını dəyişib”-RƏSMİ

Fransada koronavirusa yoluxanların və ölənlərin sayı durmadan artır. Bu barədə Fransanın Səhiyyə üzrə baş direktoru Jerom Salomon bildirib. O qeyd…

30 Mart 2020
  • DÜNYA
  • GÜNDƏM
  • XuralTAC

İtaliyada 700-dən çox şəxs koronavirusdan öldü

İtaliyada son 24 saat ərzində COVID-19-un səbəb olduğu xəstəlikdən 756 nəfər ölüb. “TASS” xəbər verir ki, bu barədə İtaliyanın Mülki…

30 Mart 2020
  • GÜNDƏM
  • XuralTAC

Baş Nazirin hesabatı təxirə salındı

Nazirlər Kabinetinin 2019- cu il hesabatının Milli Məclisdə müzakirəsi qeyri-müəyyən vaxta təxirə salınıb. Xural.com xəbər verir ki, hesabatı Baş Nazir…

29 Mart 2020
Xural.COM