Əbülfəz Elçibəyin böyüklüyü-ELÇİBƏY YAZI MÜSABİQƏSİ

Əbülfəz Elçibəy gənclərin gözü ilə

Bu gün Əbülfəz Elçibəyi görmədən onun yolunu davam etdirən, ideyalarını yaşadan gənclər ordusu yetişir. Əbülfəz Elçibəyin böyüklüyü ondadır ki, ona olan sevgi zorən deyil, insanların, xüsusilə onu görməyən gənclərin içindən gələn sevgidir. Əbülfəz Elçibəyin apardığı mübarizə yolunda qazandığı ən böyük uğur məhz xalqın ona olan sevgisidir. Əbülfəz Elçibəyin böyüklüyünü mən ona qarşı vuruşan bir nəhəngin sonda komandası ilə birgə, Bəyin cənazəsi önündə baş əyməsində, nəhəng dövlətlərin onun ideyalarından narahatçılığında gördüm. Elçibəy ideyalarından bəhrələnib, zamanında ona qarşı vuruşanların, sonradan onun adını əllərində bayraq edənlərin simasında gördüm. Elçibəyi meydanda tək qoymağa çalışan və sonradan vicdanı oyanaraq onun anım və doğum günlərində ziyarətə gələnlərin xəcalətli simasında gördüm. Əbülfəz Elçibəy bu gün aramızda cismani olaraq olmasa da, onun böyüklüyünü bu gün də ona qarşı vuruşan, vicdanı paslanmış insanların simasında gördüm. Bu gün Əbülfəz Elçibəy əleyhinə aparılan bütün təbliğatlara rəğmən, Bəyə olan sevginin daha da artdığını gördüm. Bu sevgini daha da qabarıq şəkildə Bəyin dəfni zamanı küçələrə axışmış milyonlarla insanın qəmli simasında gördüm.

Elçibəy bu gün artıq bir dəyərə çevrilib. Bundan sonra Azərbaycanda hakimiyyətə gələcək iqtidarlar güclü Azərbaycan naminə mütləq Elçibəy ideyalarından sağlam şəkildə bəhrələnməlidirlər. Bütöv Azərbaycan, güclü Azərbaycan dövlətçiliyi, vətənə, xalqa məhəbbət, dilinə, dininə hörmət, azad və demokratik cəmiyyət, Elçibəy ideyalarının əsası idi. Bu ideyaların hamısını Elçibəy həyata keçirə bilməsə də, onun davamçıları olan və Bəyi sevən Elçibəyçi gənclər ordusu mütləq bu ideyaları həyata keçirəcəklər. Mən inanıram ki, bu ideyaları həyata keçirə bilsək, Elçibəyin ruhu da şad olacaq.

 

Vüsal Əfəndi

 

“Elçibəy-80” yazı müsabiqəsinə təqdim edilir

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button