“Ədalət bərpa olunmasa aclığı ölənədək davam etdirəcəm”

“Jurnalist: Səhhətim pisdir.”

Hakim: “Mən həkim deyiləm. Sus! Lazım gəlsə sizə söz verəcəm.”

 

Bu dialoq avqustun 28-də Bakı Apellyasiya Məhkəməsində peosesə sədrlik edən hakim Rizvan Səfərovla 22-ci gündür aclıq edən realliq.info saytının redaktoru İkram Rəhimov arasında olub.

Bununla belə hakimlər heyəti məhkəmə iclasının sonunadək jurnalistin səhhəti ilə maraqlanmayıb.

Məhkəmə zalında Avropa İttifaqının və Almaniyanın Azərbaycandakı səfirliynin nümayəndələri də prosesi izləyib.

İkram Rəhimov müvazinətini saxlamaq üçün məhkəmə zalında salındığı dəmir qəfəsin barmaqlığından yapışıb. Belə görünür, ayaqları qıc olduğundan o, tez-tez ayaqlarını qaldırıb-salır. Jurnalist çox arıqlayıb.

“Mənə iynə vurduqdan sonra yataqdan qalxa bildim və məhkəməyə gətirdilər. Çox halsızam, yuxusuzluqdan əziyyət çəkirəm, təzyiqim kəskin düşüb, ayaqlarımda və bədənimdə qıcolamalar var. Bütün bunlara baxmayaraq, ədalət bərpa olunmasa aclığı ölənədək davam etdirəcəm. Ölkədə media azadlığı bərpa olunmalıdır. Məhkəmələr sifarişləri müdafiə etməməlidir, ədaləti bərpa etməlidir,” İkram Rəhimov dəmir qəfəsdən uca səslə məhkəmə zalında olan “Amerikanın Səsi”nin müxbirinə bildirib.

O saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasının sanitar-tibb hissəsinə yerləşdirildiyini, saxlanılma şəraitindən razı olduğunu deyib. Jurnalsit həkim nəzarətindədir.

Məhkəmə iclası zamanı vəkil və jurnalist birinci instansiya məhkəməsi zamanı zərərçəkənlərin ifadələrinin məhkəmə protokolunda saxtalaşdırıldığını bildirib.

“İttiham aktı hökmə köçürülüb. Hətta olmayan məhkəmə iclası barəda saxta ptotokol tərtib edilib. Zərərçəkənlərin heç biri ittihamda yazılanları təsdiq etməyib və mənə qarşı ifadə verməyib. Mənə qarşı istifadə edilən səs yazıları montaj edilib, çünki səs yazıları sonadək səsləndirilmir. Bu səbəbdən zərəçəkənlər yenidən ifadə verməli və səs yazısı ekspertizaya göndərilməlidir,” jurnalist bildirib.

Bu zaman vəkil Elçin Sadıqov İkram Rəhimovun 22 gündür aclıq etdiyni və səhhətinin kəskin pisləşdiyini sədrlik edənin diqqətinə çatdırıb. Vəkil bu səbəbdən həbs qətimkan tədbirnin ev dustaqlığına dəyişdirilməsi barədə vəsatət verib.

Dövlət ittihamçısı vəsatətlərin heç birini dəstəkləməyib.

Hakim də vəsatətləri təmin etməyib. Yalnız birinci məhkəmə instansiyasında ifadə verməyən bir zərərçəkənin apellyasiya instansiyasında ifadə verməsi barədə qərar qəbul edilib.

Bu zaman hakim həmin zərəçəkmiş şəxsin xarici ölkədə müalicə olduğunu bildirib və məhkəmə iclasını sentyabrın 18-dək təxirə salıb.

Realliq.info saytının redaktoru hakimlər məşvərətə gedən zaman bəyanatla çıxış edib.

Jurnalist həbsinin Azərbaycan prezidentinin köməkçisi Əli Həsənovla bağlı olduğunu deyib.

“Mən Əli Həsənovla bağlı tənqidi məqalə dərc etdikdən sonra Mətbuat Şurası mənimlə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə və prokurorluğa müraciət etdi. Bu mətbuat tarixində görünməmiş bir hadisədir. Jurnalıistlərin təsis etdiyi təşkilat jurnalistin həbsini istəyir,” o qeyd edib.

Jurnalist həmçinin Avropa qurumları tərəfindən ayrılan qrantların və dövlətin medianın inkişafına ayırdığı vəsaitin hökumət məmuruna yaxın media qurumları arasında bölündüyünü deyib.

“O zaman Əli Həsənov məni qəbul etdi. Görüşümüzlə bağlı buraxılış qəbzlərini indi də saxlayıram. Onun dedikləri ilə razılaşmadıqdan, media azadlığının formalaşması üçün çalışacağımı dedikdən sonra həbs olundum. Bu ölkədə bacarırsan tərifləməlisən, bacarmırsan yerində oturmalısan. Azad media olmamalıdır?” o, iclas zalında oturanlardan sual edib.

 

amerikaninsesi.org

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button