“Ədalət Naminə Həmrəylik” Komitəsi tədbir keçirdi

Ötən gün(27 fevralda) RİQC-nin ofisində, təşkilatın rəhbəri Şəhla İsmayılın təşkilatçılığı ilə Ədalət Naminə Həmrəylik” Komitəsinin “Azərbaycanda VC-nin vəziyyəti: çətinliklər və perespektivlər” mövzusunda Dəyirmi Masa keçirildi.

Tədbirin aparıcısı “Ədalət Naminə Həmrəylik” Komitəsinin əlaqələndiricisi  Əvəz Zeynallı tədbirin mahiyyəti üzrə açılama verdikdən sonra RİQC-nin rəhbəri Şəhla İsmayilın QHT-lərin mövcud durumu, VCT Davamlılıq İndeksi üzrə təqdimatını,  Samir Aliyevin Azərbaycanda Vətəndaş Cəmiyyəti vəziyyətinin Açıq hökümət Tərəfdaşlığı çərçivəsində yeni Milli Fəaliyyət Planının hazırlanması ilə mövcud durumla bağlı hesabatını dinlənildi. İşçi qrup Açıq hökumətin təşviqinə dair 2019-2021-ci illər üzrə Milli Fəaliyyət Planının hazırlanması üçün YOL XƏRİTƏSİ-nın hökümətə təqdim olunduğunu içtimaiətə açıqladı. 

Toplantıda Milli Hüquq Evinin rəhbəri  Nicat Gözəlov, ekspert İlqar Hüseynli və hüquq müdafiəçisi  Novella Cəfərova, Səidə Qocamanlı, Elçin Məmməd, Mehriban Zeynalova, Bəşir Süleymanlı, komitənin digər üzvləri və jurnalistlər iştirak edirdi.

Qeyd edək ki, Yol Xəritəsi Açıq Hökumət Tərəfdaşlığı platformasının Rəhbər Komitəsinin 5 dekabr 2018-ci il tarixdə qəbul etdiyi Azərbaycanın Açıq Hökumət Tərəfdaşlığında iştirakına dair Qətnamə tələbləri əsasında AHT İştirakçılıq və Birgəyaratma Standartlarının1 (OGP Participation and Co-Creation Standards) tələbləri rəhbər tutularaq hazırlanıb.

Könül Alı adlı şəxsin şəkli.

Könül Alı adlı şəxsin şəkli.

Könül Alı adlı şəxsin şəkli.

Könül Alı adlı şəxsin şəkli.

Könül Alı adlı şəxsin şəkli.

Könül Alı, Bastainfo.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button