"Media haqqında" yeni qanun layihəsi qəbul olunduqdan sonra Mətbuat Şurasının ləğv edilib-edilməyəcəyi ilə bağlı məlumatlara aydınlıq gətirilib. Mətbuat Şurasının sədri Əflatun Amaşov yeni qanun qəbul olunduqdan sonra da şuranın fəaliyyət göstəcəyini açıqlayıb. "Mətbuat Şurası qanun qəbul edildikdən sonra da əvvəlki qaydada işləyəcək. Dünyanın bir çox ölkələrində də belə qurumlar var", - o vurğulayıb. Xural.com mənbə