Əfqan Muxtarlı liberal.az-la döyüşəcək

Həmkarımız iddialı gəlir… «Yeni Müsavat» qəzetinin keçmiş yazarı Əfqan Muxtarlı yeni sayt açır. «Lideral.az» adlanan xəbər portalının artıq domeni və hostinqi Əfqan Muxtarlının əlindədir. Xəbər portalının üzərində ciddi iş getdiyini öyrəndik və həmkarımızla əlaqə saxladıq. Əfqan Muxtalı məlumatı təsdiqlədi və iddialı bir portalla Oxucularının görüşünə hazırlaşdığı bəyan etdi. Onun sözlərinə görə, bu yaxınlarda liberal.az fəaliyyətə başlayacaq və qısa müddət ərzində Azərbaycanın ən iddialı saytlarından birinə çevriləcək. Əsasən, araşdırma yazıları ilə məşğul olacaqlarını bildirən Əfqan Muxtalının sözlərinə görə, özlərini xəbər sahəsində də sınayacaqlar və lideral.az saytı heç də adı kimi olmayacaq. Yəni lazım gələndə radikaldan da radikal olacaq liberal.az ölkənin virtual məkanında özünə məxsus rol oynamağa çalışacaq.

Qeyd edək ki, həmkarımız Əfqan Muxtarlı «Yeni Müsavat» qəzetindən qalmaqallı ayrılışından sonra bir neçə qəzetlə əməkdaşlıq etsə də, bu əməkdaşlıqların heç biri axıra varmayıb. Əfqan Muxtarlı yeganə yolu özünün xəbər portalını yaratmaqda görüb.

O, indən sonra liberal.az-da döyüşəcək və aldığımız məlumatlara görə, Əfqan açacaq sandığı, tökəcək sandığı…

 

XuralTAC

 

Xural” qəzeti,

İl: 9, sayı: 028 (436), 24 -30 iyul  2011-ci il

 

 

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button