Əfqan Muxtarlının səhhəti pisləşib

Həbsdə olan jurnalist Əfqan Muxtarlının səhhəti pisləşib. Əsasən onun gözlərində güclü ağrılar başlayıb. Bu barədə o, bu gün (dünən-red) həyat yoldaşı Leyla Mustafayevaya telefon edərək bildirib.

L.Mustafayeva Facebook səhifəsində yazıb ki, Əfqanın uroloji müalicəyə də ehtiyacı var. Onun sözlərinə görə, Penitensiar Xidmət bir dəfə olsun onu tibbi müayinədən keçirməyib, baxmayaraq, Əfqan da şəkər və hipertoniya da var.

“Əfqan şəkərlə əlaqədar hələ də dərman qəbul edir. Həmin dərmanı biz Gürcüstanda olanda oradakı həkimlər yazmışdılar”, – həyat yoldaşı qeyd edib.

Əgər Əfqana bir şey olarsa, məsuliyyət ölkə rəhbərliyinin üzərinə düşəcək. O xatırladıb ki, hakimiyyət Ə.Muxtarlının Gürcüstanda oğurlanıb qaçırıldığını etiraf etməyib. “Əgər burada ona bir şey olarsa, siz məsuliyyəti öz üzərinizdən götürə bilməyəcəksiniz”, L.Mustafayeva bildirib.

Araşdırmaçı jurnalist Əfqan Muxtarlı 2017-ci ilin mayında Tbilisidə oğurlanaraq gizlicə Azərbaycana gətirilib. Onu qaçaqmalçılıq, sərhəddi qanunsuz keçmək, sərhədçiyə qarşı zorakılıq tətbiq etməkdə ittiham edərək 6 il azadlıqdan məhrum ediblər.

Avropa Parlamenti, beynəlxalq hüquq-müdafiə təşkilatları, Amnesty International Əfqan Muxtarlını “vicdan məhbusu” kimi tanıyıblar.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button