Əfqan Muxtarlıya hökm oxundu

Balakən Rayon Məhkəməsində jurnalist Əfqan Muxtarlıya hökm oxunub. Xural.com xəbər verir ki, hakim Hümbət Səlimov Əfqan Muxtarlının 6 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökmü elan edib.
Hökmdən əvvəl dövlət ittihamçısı çıxışında Ə.Muxtarlının 8 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib.
Baş prokurorluğun yaydığı məlumata görə, Ə.Muxtarlı mayın 29-da Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. “Saxlanılarkən o, xidmət əməkdaşlarına müqavimət göstərib. Ə. Muxtarlı inzibati qaydada tutularaq üzərinə şəxsi axtarış keçirilib, ondan külli miqdarda nağd pul vəsaiti və digər əşyalar aşkarlanıb. Ə. Muxtarlıya qarşı Cinayət Məcəlləsinin 318-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb” – deyə rəsmi qurumların məlumatında bildirilir.
Vəkilləri və yaxınları isə bildirirlər ki, Ə.Muxtarlı mayın 29-da yaşadığı Tbilisi şəhərindən yoxa çıxıb, mayın 30-da onun Azərbaycanda olduğu məlum olub. Jurnalalistin sözlərinə görə, o, yaşadığı evin yaxınlığından oğurlanıb, qanunsuz şəkildə sərhədi keçirilib və zorla cibinə 10 min avro qoyulub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button