Rubrikalar: MƏTBUAT XuralTAC

Əfqan Muxtarlıya qarşı təxribat

Bu barədə həyat yoldaşı Leyla Mustafayeva özünün fb səhifəsində məlumat yayıb

Jurnalist Əfqan Muxtarlının saxlandığı 16 saylı cəzaçəkmə müəssisəsində ona qarşı təzyiqlər artıb. Bu barədə onun həyat yoldaşı Leyla Mustafayeva bildirib: “Əfqan zəng edib dedi ki, saxlandığı 16 saylı cəzaçəkmə müəssisəsində ona qarşı təzyiqlər artıb. O təcili olaraq vəkilləri ilə görüşmək istədiyini bildirdi. Dediklərini olduğu kimi yazıram:

“Mənə yeməyi, dərmanları Samir Əsədli gətirir. Samir Əsədliyə zəng etməyə yasaq qoyublar. Ad günümdə dostlarım və həmkarlarımdan 200 – dək təbrik məktubu və açıqcalar gəlib. Onları da mənə verməkdən imtina ediblər. Məni xəstələr üçün nəzərdə tutulan otaqdan da çıxarıblar.

Həbsxananın əməliyyat şöbəsinin inspektoru Kamil adlı şəxs mənə gətirilən “Neft Fəlsəfəsi” kitabını və Elxan Xanəlizadənin “Zəncir” romanını mənə verməkdən imtina etdi, mənə deyir ki, kitab oxumasan nə olacaq ki?!

Bir həftədən çoxdur, məni təxribata çəkirlər. Bu işdə cəzaçəkmə müəssisəsinin rəhbəri Şahin Həsənov və Kamil adlı inspektor fəallıq göstərir. Məmməd İbrahimi də burda 16 saylı cəzaçəkmə müəssisəsində şərləyib əlavə cinayət işi açmışdılar. Ehtimal var ki, eyni planı mənə də tətbiq etsinlər.

Həbsxanadakı məhbuslara sifarişlə suvenir gəmilər düzəltdirib dostlarıma göndərirdim. Cəzaçəkmə müəssisəsinin rəhbərliyi həmin məhbuslara da təzyiq edib. Həmin məhbuslar suvenir gəmilər üçün verdiyim sifarişi və pulu geri qaytarıblar.

Görünür, mənə verdikləri 6 il həbs cəzası ürəklərini soyutmayıb. Mehman Hüseynova qarşı qaldırılan son cinayət işinə xitam verdilər. Amma digər məhbusların azadlığa buraxılması üçün cəhdləri, aksiya və kampanyaları davam etdirmək lazmıdır. Siyasi məhbusların azadlığa buraxılması üçün mitinqə çıxanlara,eləcə də aclıq aksiyasına qoşulan hər kəsə təşəkkür edirəm”.

Paylaş:

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Rauf Arifoğlunun təbliğat materialları 7.500 evə çatdırılıb

Deputatlığa namizədlər arasında bir ilk – bütün təbliğat materialları ev-ev paylanır 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd Rauf…

26 Yanvar 2020
  • GÜNDƏM
  • XuralTAC

Daşaltı əməliyyatından 28 il ötür

Əsgəran rayonunun Daşaltı kəndinin erməni silahlı birləşmələrindən təmizlənməsi məqsədilə keçirilən əməliyyatdan 28 il ötür. APA-nın məlumatına görə, Daşaltı əməliyyatı hərb…

26 Yanvar 2020
  • GÜNDƏM
  • XuralTAC

Paşinyan 7 rayonun Azərbaycana qaytarılması barədə sənəddən danışdı

Ermənistan baş naziri Nikol Paşinyan bu gün (dünən - Red.) Qafanda keçirdiyi mətbuat konfransında Qarabağ nizamlanmasına dair keçmiş prezident Serj…

26 Yanvar 2020
  • GÜNDƏM
  • SİYASƏT
  • XuralTAC

İqbal Ağazadə Mehmandarov küçəsində seçicilərlə görüşdü

"Yanvarın 25-də 35 saylı Xətai 3-cü seçki dairəsindən deputatlığa namizəd, Ümid Partiyasının sədri İqbal Ağazadənin Xətai rayonundakı Mehmandarov küçəsi 68…

26 Yanvar 2020
  • GÜNDƏM
  • XuralTAC

35 saylı dairənin sədri istefa ərizəsi yazdı, hospitala yerləşdirildi – səbəbləri…

Xətai rayonu 35 saylı üçüncü dairə seçki komissiyasının sədri İmran Hüseynəliyev tutduğu vəzifədən istefa verib. Musavat.com unikal.org-a istinadən xəbər verir ki,…

25 Yanvar 2020
  • GÜNDƏM
  • XuralTAC

İqbal Ağazadənin İ.İsmayılov küçəsində növbəti görüşü oldu

Deputatlığa namizəd, Ümid Partiyasının sədri İqbal Ağazadə İnqilab İsmayılov küçəsinin sakinləri ilə növbəti dəfə görüşüb. Bildirib ki, bu küçədə hansı…

25 Yanvar 2020
Xural.COM