Əfqan Sadıqovun səhhətində çox ciddi problemlər yaranıb

Əfqan Sadıqov

Bu barədə Xural.com-a Əfqan Sadıqovun ailəsindən məlumat verib.

Ailəsindən bildirir ki, Əfqanın vəziyyəti çox pisdi və ona vurulan iynələrdən sonra səhhətində olduqca ciddi problemlər yaranıb.

Bu haqda Xural.com-un baş redaktoru Əvəz Zeynallı öz facebook səifəsində yazıb

DİQQƏT ƏFQAN SADIQOVA!
Siyasi məhbus, azel.tv saytının baş redaktoru Əfqan Sadıqovun ətrafında müəmmalı oyunlar başlayıb. Əfqan Sadıqov ailəsinə zəng edərək özünü yaxşı hiss etmədiyini, çox narahat olduğunu deyib. “Mənə Bakı İstintaq Təcridxanasında da, burada – 17 saylı CÇM-də də hər gün müxtəlif bəhanələrlə 2-3 iynə vururlar. Bu, mənə çox pis təsir edir. Düşünə bilmirəm, beynim dumanlıdır, özümə gələ, fikrimi toparlaya bilmirəm” deyib ailəsinə. Bu, onu göstərir ki, Əfqan Sadıqova qarşı müəyyən planlar var və CÇM rəhbərliyi məhbusun iradəinin ziddinə ona mənşəyi məlum olmayan iynələr vurulmasına aydınlıq gətirməlidir. Əfqana ciddi ictimai dəstək göstərməli, onu tək buraxmamalıyıq. Ədliyyə Nazirliyi və Penitensiar Xidmətin rəhbərliyi bilməlidir ki, Əfqanın başına gələcək hər hadisəyə görə, məsuliyyət onların boynuna düşəcək.

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button