“Əfqandan xəbər ala bilmirik, harda olmasından xəbərsizik”

Həyat yoldaşı jurnalistin həbs edildiyini bildirir

Bir müddət əvvəl azadlığa çıxan jurnalist Əfqan Sadıqovun yendən həbs olunma xəbəri yayılıb. Jurnalistin həyat yoldaşı Sevinc Sadıqovanın verdiyi məlumata görə, Əfqandan heç bir xəbər ala bilmirlər: “İki gündür Əfqandan xəbər ala bilmirik, harda olmasından xəbərsizik. Müvafiq qurumlar heç bir söz demirlər. Əfqan ayın 6-da Cəlilabad rayonunda saxlanılıb. Deyilənə görə, onu Bakıya göndəriblər. Cəlilabad rayon Polis İdarəsi Əfqan haqqında məlumat verməli olduğu halda bizi təhdid edir. Bu, nə özbaşınalıqdır? Polisə bu səlahiyyəti kim verib ki, “Əfqanın harada olması barədə məlumat verməyə borclu deyilik, Bakıda oturub yekə-yekə danışma, Əfqanın harada olmasını bilmək istəyirsənsə dur, gəl Cəlilabad Polisinə”, deyir? Çox böyük narahatlıq içindəyəm. Əfqan Sadıqov niyə saxlanılıb? Onun səhhəti necədir?! Günün günorta çağı adam oğurlayıb, ailəsinə də xəbər vermirsiniz. Qurtarın bu özbaşınalğı“.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyindən məlumat almaq mümkün olmayıb.

Xatırladaq ki,  Azel.tv saytının təsisçisi və redaktoru Ə.Sadıqov 2016-cı ilin noyabrın 22-də saxlanılmışdı. O, Cəlilabad rayon icra hakimiyyətinin binasında qadını vurmaqda ittiham olunurdu. O CM-in 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham olunuraq 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Sonradan jurnalistin cəzası 1 il azaldılmışdı. Jurnalist Əfqan Sadıqlı həbs müddəti bitdiyi üçün mayın 22-də azad edilmişdi.

Hüquq müdafiə təşkilatları onu siyasi məhbus kimi tanıyıblar.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button