Rubrikalar: MARAQLI XuralTAC

Əhəd Abıyevdən “şortik qalmaqalı”na REAKSİYA: “O qıza hücum çəkənlər belə qeyrətlidirsə…”

O metroda şortik geyinən qıza hücum çəkənlər belə qeyrətlidirsə, özlərinin namusu, qeyrəti varsa, onlar o qıza məsələni sözlə başa salmalı idilər. Birincisi, onlar öz ailələrinə cavabdehdirlər. Gedib onların ailə tərkibini yoxlayanda görərsən ki, elə onların özləri ərəblərlə bilavasitə əlaqəlidirlər”.
Bunu İnterpress.az-a açıqlamasında Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev metroda şortik geyinən qızla digər sərnişinlər arasında yaranan qalmaqala münasibət bildirərkən deyib.
İcra başçısı şortik geyinən qıza hücum edənləri sərt şəkildə tənqid edib: “Onların qeyrəti varsa, ərəblərin Bakıda elədikləri hərəkətlərə münasibət bildirsinlər. Bəzi turist adı ilə Bakıya gələn ərəblərin “Tarqovu”da elədiklərini görüb xəcalət çəksinlər. Qız uşağıdır da, indi şortik geyinib, gərək, onu sözlə başa salasan. Daha onun üstünə hücum çəkmək nədir?”
Ə.Abıyev insanların evdə gördüyü tərbiyəni cəmiyyətdə tətbiq etdiyini vurğulayıb: “Bəziləri evdə gördüyü tərbiyəni cəmiyyətdə nümayiş etdirir. Evdə ata-ana nə tərbiyə veribsə, onlar da həmin tərbiyəni cəmiyyətdə tətbiq edirlər. Əgər, o qıza hücum çəkənlər qeyrətdən və namusdan danışırlarsa, ilk növbədə o qızı sözlə başa sala bilərdilər. Nəyə lazımdır ki, şortik geyindiyinə görə qız uşağına hücum etmək, onu döymək və yaxud da xuliqanlıq etmək? O qız özünü öldürə bilər, intihar edə bilər. Yeri gəlsə, xəsarət alar, şikəst olar. Gələcəyi bədbəxt olar. İndi geyimdir də, yəqin ki, hansısa mağazaya gedib, satıcı tərifləyib şortiki, qız da alıb geyinib. İndi hansı mağazaya gedirsən onsuz da bütün satıcılar mağazadakı məhsulların hamısını tərifləyir. Satıcıları da qınamaq olmur, onlar da müştərini razı yola salmalıdır”.
“Bəlkə, o qız özü də geyimindən xəcalət çəkir. Əgər, o qız başqa bir tərbiyəsiz və əxlaqsız iş görürsə, bəli, müsəlman adət-ənənəsinə uyğun olaraq, o, lənətlənməlidir. Amma hücum etmək, döymək və xəsarət yetirmək yolverilməzdir. Bunun üçün hüquq-mühafizə orqanları var. Ümumiyyətlə, qız uşağını vurmaq, döymək və incitmək olmaz”, – deyə Əhəd Abıyev qeyd edib.
Qeyd edək ki, ötən gün Bakı metrosunda sərnişinlər arasında dava düşüb. Davaya səbəb isə metroda əyləşən qızın şortik geyinməsi olub. Qızın şortik geyinməsindən əsəbləşən gənc oğlanla həmin qız arasında mübahisə yaranıb. Daha sonra yaşlı qadının oğlanı müdafiə etməsi ilə bu mübahisə qalmaqala səbəb olub.
Paylaş:

Share

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Mikayıl Cabbarov əsas nazir oldu

Rövşən Ağayev: “Baş nazirlik institutunun ləğv olunması ən doğru addım olardı” “Prezident İlham Əliyevin 23 oktyabr sərəncamlarını struktur islahatları adlandırmaq…

23 Oktyabr 2019 8:48 axşam
  • GÜNDƏM
  • SİYASƏT
  • XuralTAC

Ramiz Mehdiyev getdi!

Prezident İlham Əliyevin sərəncamı ilə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tutduğu vəzifədən azad edilib. Digər bir sərəncamla dövlət başçısı Ramiz…

23 Oktyabr 2019 8:27 axşam
  • GÜNDƏM
  • XuralTAC

Əli Kərimlinin alnına 9 tikiş vurulub-FOTO

AXCP sədri Əli Kərimlinin 19 oktyabr mitinqində həbs edləndən sonra polislərin döyməsi nəticəsində başından aldığı xəsarəti göstərən yeni foto yayılıb.…

22 Oktyabr 2019 5:17 axşam
  • GÜNDƏM
  • MANŞET
  • XuralTAC

Əvəz Zeynallı Əli Kərimlini döyənlərdən yazdı

19 oktyabrda baş verən mitinqdə AXCP sədri Əli Kərimlinin polis tərəflərindən vəhşicəsinə döyülməsi ictimaiyyətdə geniş rezonans doğurub. Ölkə ictimaiyyətinin əksəriyyəti…

21 Oktyabr 2019 7:42 axşam
  • DÜNYA
  • XuralTAC

İspaniya diktatoru Frankonun nəşi yenidən müayinə olunacaq

İspaniyanın sabiq rəhbəri, general Fransisko Frankonun nəşi oktyabrın 24-də yenidən müayinə olunacaq. Xural.com DW xəbərə istinadən verir ki, hazırda Madrid yaxınlığındakı…

21 Oktyabr 2019 7:22 axşam
  • GÜNDƏM
  • XuralTAC

Əli Həsənov və Hacıbala Abutalıbov vəzifələrindən azad olundular-SƏRƏNCAM

Baş nazirin iki müavini - Əli Həsənov və Hacıbala Abutalıbov vəzifələrindən azad olunublar. Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan…

21 Oktyabr 2019 7:17 axşam
Xural.COM