Əhalinin gəliri artıb – Rəsmi məlumat

pulBu haqda rəsmi məlumatlarda bildirilir

Azərbaycan iqtisadiyyatın inkişafına bu il dövlət büdcəsindən 3,3 milyard manat vəsait xərclənib

xural.com   xəbər verir ki, Dövlət Statistika Komitəsi 2015-ci ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri açıqlayıb. Göstəricilərə əsasən, yanvar-aprel aylarında muzdla işləyənlərin orta aylıq əmək haqqı 2014-cü ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz artaraq 452,3 manat təşkil edir.

Həmin dövr ərzində ölkə əhalisinin gəlirləri 5,8 faiz artaraq 16,2 milyard manata çatıb. Gəlirlərin 73,9 faizi son istehlaka, 9,6 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 14,0 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf edilib.

Maliyyə Nazirliyinin məlumatlarına əsasən 2015-ci ilin yanvar-aprel aylarında dövlət büdcəsinə 5,4 milyard manat vəsait daxil olub, büdcədən 6,2 milyard manat vəsait xərclənib, büdcənin kəsiri ümumi daxili məhsulun 4,9 faizinə bərabər olub.

Büdcə xərclərinin 3,3 milyard manatı iqtisadiyyatın inkişafına, 666,7 milyon manatı sosial müdafiə və sosial təminata, 578,2 milyon manatı isə təhsilə və səhiyyəyə yönəlib. 

xural.com 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button