Əkrəm Əylisliyə qarşı şok ittiham

“Əkrəm Əylisli “Yazıçı” nəşriyyatını satıb”

“Yəqin, Sabir bəy bunu Anarın xoşuna gəlmək üçün deyib”

“Qızıl kəlmə” mükafatının təqdimat mərasimində münsiflər heyətinin üzvü kimi çıxış edən xalq şairi Sabir Rüstəmxanlı xalq yazıçısı Əkrəm Əylislinin ünvanına şok ittiham səsləndirib. “Qafqazinfo”nun məlumatına görə, tədbirdə çıxış edən S.Rüstəmxanlı Ə.Əylislini “Yazıçı” nəşriyyatını satmaqda ittiham edib. O, vaxtilə min bir əziyyətlə sözügedən nəşriyyatı qurub-yaratdıqlarını, lakin bu nəşriyyata rəhbərlik edən Əkrəm Əylislinin mədəniyyət ocağını satdığını deyib.

Məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verən Azərbaycanın xalq yazıçısı Əkrəm Əylisli belə deyib: “Yəqin mənim o nəşriyyatı satmağımı Sabir bəy yuxuda görüb. Əgər kimlər üçünsə maraqlıdırsa, mən alqı-satqı sənədlərini ortaya qoya bilərəm. Və bunun belə olmadığı görünər. Yəqin Sabir Rüstəmxanlı bu sözü Anarın xoşuna gəlmək üçün deyib”.

Hazırda ciddi yaradıcılıq işi ilə məşğul olan Ə.Əylisi “Əlimdə bir işim var, ancaq adını demirəm”- deyə bildirib.

Əlaqəli məqalələr

1 şərh

  1. Düzü Sabir Rüstəmxanlı bir siyasətçi kimi tanısam da, bir insan kimi tanımırdım, ta o vaxta qədər ki, partiya sədrləri ilə söhbətləşib məqalə yazmaq fikrinə düşənə qədər…Bir həftə öncə partiya sədrləri ilə bir-bir əlaqə saxlayıb kiçik bir mövzu çərçivəsində söhbət etdim…Hamı ilə…Fazil Qəzənfəroğlu, İqbal Ağazadə, Əvəz Temirxan, Əli Kərimli, Qüdrət Həsənquliyev, Fəzail Ağamalı bir sözlə hamı ilə…Partiya sədrləri hamısı təmkinli,səbrli, mədəniyyətli, səmimi idilər…Hətda aralarında zarafatcılları da VAR..Amma Sabir Rüstəmxanlını mən əsəbi,səbrsiz, bir qədər kobud və özündən razı bir insan kimi tanıdım…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button